azia.az
azia.az

Paşinyanın ərəb telekanalına danışdığı "1001 gecə" nağılı -"Bizə ayrı-seçkilik edirdilər"

1-11-2020, 19:18

Ermənistanın baş naziri Nikol Paşinyan “Əl Ərəbiya” telekanalına müsahibə verib və gözlənildiyi kimi, yenə qırmızı-qırmızı yalanlar danışmaqdan, tarixi faktları saxtalaşdırmaqdan çəkinməyib. Erməni baş nazirin niyə ərəb teleməkanı üçün maraqlı olduğunun səbəbi aydındır. Bu xain millətin toxumları ərəb arealında da geniş yayılıb, o səbəbdən ermənilərin əslində kim olduğunu öyrənməyə onların da ehtiyacı var.
Paşinyanın ərəb telekanalına danışdığı "1001 gecə" nağılı -"Bizə ayrı-seçkilik edirdilər"
Paşinyanın danışdığı yalanlar bəlkə də ərəb tamaşaçısı üçün həmin anda inandırıcı ola bilər, amma maraqlanan olsa, əlbəttə, bu “saqqallı nağılbazın” əsl siması üzə çıxar. Paşinyan deyir ki, 80 faizi erməni olan Dağlıq Qarabağ Muxtar Vilayəti ona görə Azərbaycandan ayrılmaq istəyib ki, erməni xalqını diskriminasiya edirdilər, “mədəni genosid”ə(?!) məruz qalırdı, inkişaf etməyə imkan vermirdilər.

Sovet Azərbaycanında qısaca “DQMV” deyilən qondarma vilayətdə işləyənlər də, yaşayanlar da yaxşı bilir ki, Paşinyan qırmızı yalan danışır və buna cavab olaraq adamın ancaq “yalançının...”deməkdən başqa çarəsi qalmır.

Azərbaycana SSRİ-nin ən müxtəlif respublikalardan, həmçinin kommunist rejiminin hökmran olduğu keçmiş Yuqoslaviyadan ölkəmizə gələn təsərrüfat mallarından tutmuş geyimə qədər, ən yaxşısını “DQMV”-yə - bu alçaq xislətli millətə göndəriblər ki, bizdən inciyib Moskvaya şikayət-filan yazmasınlar. Ermənilər vilayət mərkəzində malların ən yaxşılarını seçir, yerdə qalanını digər şəhər və qəsəbələrinə paylayıblar, sonda zay çıxan məhsulları isə 90 faiz azərbaycanlıların yaşadığı gözü-könlü tox Şuşaya, onun uzaq kəndlərinə göndəriblər. Budur Paşinyanın dediyi “ayrı-seçkilik”.

resize.jpg (62 KB)

Stepan Şaumyanın adını daşıyan şəhər də daxil yalnız Şuşada azərbaycanlı kadr birinci katib olub, amma ikinci katib mütləq geniş səlahiyyəti olan ermənini təyin ediblər. Vilayət mərkəzi də daxil azərbaycanlılar ən yaxşı halda milis idarəsində sahə müvəkkili işləyiblər, ya da raykomda təlimatçı. Azərbaycanlılara ikinci sort münasibət xüsusilə Şamaxı ermənisi, 1973-cü ildən ta xain hərəkat başlayana (1988) qədər vilayət partiya komitəsinə rəhbərlik etmiş Boris Geverkovun vaxtında ən pik nöqtəsinə çatıb. Sovet dövlətininin bildiyimiz bütün mənalı-mənasız tədbirlərindən yalnız “Mahnı bayramı” Şuşada keçirilib. Qalan bütün mədəni-idman tədbirlərini ya vilayət mərkəzində, ya da ermənilər yaşayan digər bölgələrdə keçiriblər. Paşinyan, budurmu “mədəni genosid?” O necə diskriminasiyadır ki, Bakı-Stepenakert birbaşa qatarı işləyirdi. O necə ayrı-seçkilik idi ki, Azərbaycanın bir çox bölgələrində qışda odun yandırdıqları halda, vilayət tam qazlaşdırılmışdı. Ermənilərin ümumiyyətlə, təkcə “DQMV”-da deyil, Azərbaycanın digər iri şəhərlərində necə yaşadığını bilməyən vardımı? Paşinyan isə xalqının bu alçaq qəlbliliyini, xainliyini guya gizlətmək üçün çox da uzaq olmayan tarixi saxtalaşdırır, yalan uydurur.


Paşinyan bu yalanlarına Rusiya prezidentini də alət edir. Deyir ki, bu günlərdə “Valday” konfransında çıxışında Rusiya prezidenti Qarabağ münaqişəsinin ərazi deyil, etnik münaqişə kimi izah edib. Putin kimi təcrübəli dövlət adamı bu münaqişənin kökünü, əlbəttə ki, Stepanakertdə ilk mitinqlər başlayanda cəmi 13 yaşı olan Paşinyandan daha yaxşı bilir. Əlbəttə ki, SSRİ-nin dağılması ərəfəsində bu düşmənçilik hərəkatını ermənilər etnik münaqişə kimi başlamışdılar. “DQMV” adlı qondarma qurum yaradılandan (1923-cü il, 7 iyul) burada bir dəfə də olsun etnik zəmində münaqişə baş verməyibsə, azərbaycanlılar bu köçəri xalqa öz evini, sirrini veribsə, hansı etnik münaqişədən söhbət gedə bilərdi? Paşinyan ərəblərə “1001 gecə” nağılı danışır. Baş qəh...rəmanı da özüdür...

Paşinyan müsahibədə yalnız onu etiraf edib ki, Azərbaycan Ordusu hərbi əməliyyatlarda nəzərəçarpan üstünlük əldə edib. Müxbirin rəsmi Bakının “torpaqları azad edirik” sözündən istifadə etməsinə erməni baş nazirin münasibəti də təəccüblü deyil: “Bu sözün tərcümə edilməsinə ehtiyac var. Bu, Qarabağın soyqırım təhdidi olan ermənilərdən azad olunması deməkdir. Ona görə də deyirik ki, Azərbaycanın nəzarəti altındakı Qarabağ ermənilərsiz Qarabağ deməkdir. Bu səbəbdən də hesab edirik ki, Dağlıq Qarabağla əlaqəli, xüsusən də indi "xilas naminə ayrılma" formulunu tətbiq etmək lazımdır”.
Göründüyü kimi, Azərbaycanın bütün sülh çağırışlarına baxmayaraq, Ermənistan rəhbərliyi yenə əvvəlki havada, Qarabağdan “ayrılma” iddiasından əl çəkməyib.


Bəli, biz xalqımıza düşmən kəsilmiş ermənilərsiz Qarabağ düşünürük, bu xəyanətkar, bizim başımıza olmazın müsibətlər gətirmiş, Xocalı soyqırımı törətmiş ermənilərsiz Qarabağ istəyirik! Rədd olub, getsinlər...

Qarabağ Azərbaycandır!

Nazim SABİROĞLU


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi