azia.az
azia.az

Millət vəkili Rafael Cəbrayılov borcunu qaytarır-gizli video

25-09-2019, 11:00


Azərbaycanda deputatın gizli videosu yayıldı - Video
Millət vəkili Rafael Cəbrayılov borcunu qaytarır-gizli video

Millət vəkili Rafael Cəbrayılovun borc qalmaqalı ilə bağlı Yenisabah.az-a video və audio materiallar daxil olub.
Məlumat üçün deyək ki, Rafael Cəbrayılov Təranə Fətəliyeva və Xatirə Nəcəfova adlı vətəndaşlardan toplam olaraq 600 min ABŞ dolları məbləğində borc pul alıb. Millət vəkili borcu deyilən vaxtda qaytaracağına əminlik yaratmaq üçün III və IV çağırış deputat vəsiqlərini girov qoyub.

Təranə Fətəliyeva və Xatirə Nəcəfova bildirib ki, sonralar Rafael Cəbrayılov tərəfindən aldadıldıqlarını başa düşüblər. İş məhkəməyə düşüb. Məhkəmə qərarı Rafael Cəbrayılovun əleyhinə olub.

Bu məsələ ictimailəşdən sonra millət vəkili əvvəlcə “susuram” desə də, sonradan medianı ona qarşı kampaniya aparmaqda ittiham edib. Şikayətçilər jurnalistlərin hədəfə gəldiyini görüb video və audio materialların da ictimaişləməsinə qərar verib və onları redaksiyamıza təqdim edib.

Həmin materialları oxucuların diqqətinə çatdırırıq. Onu da diqqətə çatdırmaq istəyirik ki, “Yeni Sabah” bu məsələdə tərəf deyil və Rafael Cəbrayılovun da cavab haqqını tanımağa hazırdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi