azia.az
azia.az

105 MİLYARD DOLLARLIQ SƏRVƏTI OLAN DÜNYANIN ƏN VARLI ADAMININ ADI BƏLLİ OLDU

11-01-2018, 09:23


105 MİLYARD DOLLARLIQ SƏRVƏTI OLAN DÜNYANIN ƏN VARLI ADAMININ ADI BƏLLİ OLDU

Dünyanın ən varlı adamlarının yeni siyahısı təqdim edilib.

AZERBAYCANİNFO.AZ xəbər verir ki, builki siyahıya “Amazon.com” şirkətinin qurucusu Jef Bezos başçılıq edir.

Bildirilir ki, Jef Bezosun sərvəti 2018-ci ilin əvvəlinə 105,1 milyard dollar təşkil edib.

Siyahıda ikinci yerdə 93,3 milyard dollarlıq sərvətlə “Mircosoft” prezidenti Bil Qeyts, üçüncü yerdə isə 87,2 milyard dollara sahib olan amerikalı investor Uorren Bafet qərarlaşıb.

Ən zənginlərin siyahısında “Facebook” təsisçisi Mark Zukerberq də var. 4-cü yerdə qərarlaşan M.Zukerberqin sərvəti 77,5 milyard dollara çatıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi