azia.az
azia.az

Azərbaycanda bu markalı benzinin qiyməti artdı Azərbaycanda bu markalı benzinin qiyməti artdı

3-08-2021, 15:34

Azərbaycanda bu markalı benzinin qiyməti artdı Azərbaycanda bu markalı benzinin qiyməti artdı

"Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik edilib.

Bunu Azia.az-a açıqlamasında "SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli təsdiqləyib.

O bildirib ki, ölkədə "Aİ-98” super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,60 AZN olub:

"Aİ-98” markalı benzini xarici ölkədən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub. Mənbə ölkələrdə məhsulun qiyməti artıb”.

Qeyd edək ki, "Aİ-98” super markalı benzinin qiyməti daha əvvəl 15 qəpik artaraq 1 manat 55 qəpiyə satılırdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi