azia.az
azia.az

Qolkiper əllə qol vurdu və hakimi döydü - FOTO

29-01-2019, 08:54

Qolkiper əllə qol vurdu və hakimi döydü - FOTO
İspaniyada futbol oyunu zamanı qolkiper hakimə hücum edib.

Azia.Az xəbər verir ki, hadisə İspaniya çempionatının dördüncü divizionunda keçirilən “Manlley” – “Sant Kuqata” matçı zamanı baş verib.

Videodan görünür ki, oyunun son dəqiqələrində “Manlley” klubunun qolkiperi İvan Qonsales rəqibin qapısına topu əllə ötürür və qol sevincini yaşayır. Lakin hakim qayda pozuntusunu görür və qolu qeydə almır.

Bundan qəzəblənən qolkiper hakimə yaxınlaşıb və təpik vurub. Nəticədə Qonsales meydandan qovulub. Onu uzunmüddətli diskvalifikasiya gözləyir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi