azia.az
azia.az

"Qarabağ" "Vilyarreal"a uduzdu - YENİLƏNİB

30-10-2020, 13:34

"Qarabağ" "Vilyarreal"a uduzdu - YENİLƏNİB

"Qarabağ" UEFA Avropa Liqasının I qrupunda növbəti oyununu keçirib.
"Azia.Az" bildirir ki, Ağdam təmsilçisi II turda İstanbulda İspaniya "Vilyarreal"ını qəbul edib.

Azərbaycandakı hərbi vəziyyətlə bağlı "Başakşehir Fatih Terim" stadionunda baş tutan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 6-ya çatdıran "Vilyarreal" liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

***

UEFA Avropa Liqasının I qrupunun II turunun "Qarabağ" - "Vilyarreal" matçında 3-cü qol vurulub.

Matça əlavə olunmuş vaxtda "Vilyarreal"ın hücumçusu Pako Alkaser Ağdam klubununun qapısına təyin olunmuş penaltini uğurlu yerinə yetirərək komandasının 3-cü, özünün isə 2-ci qoluna imza atıb.

***

“Vilyareal” “Qarabağ”ın qapısına daha bir qol vurub.

Matçın 85-ci dəqiqəsində rəqibin oyuna sonradan daxil olan futbolçusu Paco Alkaser toru silkələyərək komandasını önə çıxarıb.

***

“Qarabağ” – “Vilyareal” matçında hesab dəyişib.

Oyunun 78-ci dəqiqəsində Ovusu Kvabena hesabı açsa da, iki dəqiqə sonra Pino bərabərlik qolunu vurub.

Hazırda hesab 1:1-dir.

***

"Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı start götürüb.

"Azia.Az" bildirir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçirilir.

***

UEFA Avropa Liqasında I qrupunda II tur matçında üz-üzə gələcək "Qarabağ" və İspaniya "Vilyarreal"ının start heyətləri açıqlanıb.

"Azia.Az"ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar...

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 77. Donald Gerye, 81. Kevin Medina, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 6. Patrik Andrade, 2. Qara Qarayev (kap.), 10. Abdullah Zubir, 9. Xayme Romero, 7. Ovusu Kvabena

"Vilyarreal": 13. Xeronimo Rulyi, 24. Alfonso Pedrasa, 21. Xaume Kosta, 4. Pau Torres, 8. Xuan Foyt, 20. Ruben Penya, 21. Samuel Çukvueze, 10. Visente İborra (kap.), 14. Manu Trigeros, 16. Takefusa Kubo, 9. Karlos Bakka

Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi