azia.az
azia.az

Qadın sürücü zəncirvari yol qəzasına səbəb oldu - VİDEO

5-05-2017, 10:21

Qadın sürücü zəncirvari yol qəzasına səbəb oldu - VİDEO

Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisəyə "Mercedes" markalı avtomobilin sükanı arxasında olan Elnarə Məmmədovanın ara məsafəsi saxlamaması səbəb olub.

Belə ki, Azadlıq prospektində hərəkətdə olan "QAZ-3110" markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında qəfil əyləci basıb. Onun arxasınca gələn, Yusifov Rövşən adlı sürücünün idarə etdiyi "Daewoo" markalı "taxi" də zamanında əyləcdən istifadə edə bilib. Ancaq sonda gələn E.Məmmədova idarəetməni itirərək "Mercedes"lə qarşıdakı iki avtomobilə çırpılıb.

Qəza nəticəsində hər üç maşına ciddi ziyan dəyib.

Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi