azia.az
azia.az

Azərbaycanda qatar avtomobili vurdu- ölən və yaralananlar var

5-04-2017, 09:50

Azərbaycanda qatar avtomobili vurdu- ölən və yaralananlar var


Fövqəladə Hallar Nazirliyi Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonu, Nizami kəndində yük qatarı ilə “QAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış minik avtomobilindən sürücü, 1967-ci il təvəllüdlü Məmmədov Əflatun Dəmirqulu oğlunun və sərnişin, 1969-cu il təvəllüdlü Məmmədov Ağasəf Əkbər oğlunun cəsədlərini çıxarıblar. Meyitlər aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 04:55-də başa çatıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi