azia.az
azia.az

Siyəzəndə 5 aylıq körpənin ölümünə bais olan kimdir? - FOTO

2-04-2017, 21:41

Siyəzəndə 5 aylıq körpənin ölümünə bais olan kimdir? - FOTO


Siyəzən şəhərinin Sabir küçəsində yaşayan Əzimovlar ailəsi 5 aylıq övladları Cahid Əzimovu itiriblər.

Körpənin anası Həlimə Əzimovanın İstipress-ə verdiyi məlumata görə, Cahid həkim məsuliyyətsizliyi ucbatından dünyasını dəyişib. Bildirir ki, bu il mart ayının 19-dan 3 yaşlı oğlu Rauf soyuqdəymədən əziyyət çəkdiyi üçün Siyəzən Regional Müalicə Dioqnostika Mərkəzində uşaqla birgə qalıb. Ana Raufun vəziyyətinin ağır olması səbəbindən 5 aylıq körpə oğlu Cahidi də özü ilə xəstəxanaya gətirməli olub.

Siyəzəndə 5 aylıq körpənin ölümünə bais olan kimdir? - FOTO


Martın 19-dan böyük oğlunun müalicəsi ilə əlaqədar Siyəzən Regional Müalicə Dioqnostika Mərkəzinin pediatriya şöbəsində qalan Həlimə Əzimova 2- ci oğlu Rauf sağalana yaxın 5 aylıq Cahidin də xəstələndiyini, həkim Mənsurə Ağayevanın soyuq və laqeyd münasibəti ucbatından uşağın vəziyyətinin getdikcə pisləşdiyini deyir. Onun sözlərinə görə, uşağın nəcisindən qan gəlməyə başlayıb və vəziyyəti kritikləşib. Bundan sonra 5 aylıq Cahidi K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna aparıblar və müalicəyə başlayar- başlamaz körpə orada ölüb. Cahid Bakıda keçindikdən sonra Əzimovlar ailəsi Siyəzənin hüquq -mühafizə orqanlarına deyil, Quba prokurorluğuna rəsmi şəkildə şikayət edib. Körpənin meyiti burada tibbi ekspertizadan keçirilib və prokurorluq araşdırmalara başlayıb.

Siyəzəndə 5 aylıq körpənin ölümünə bais olan kimdir? - FOTO


Ata Mazan Əzimov deyir ki, uşağımın həkimi olmuş Mənsurə Ağayeva şikayəti geri almaq, məsələni ictimailəşdirməmək üçün ona 1500 manat pul təklif edib ki, səsini çıxarmasın. " Mənsə razılaşmamışam, uşağımın nahaq ölümünə bais olan həkimin ciddi cəzalandırılmasını tələb edirəm" - deyə körpənin atası bildirir.

Əzimovlar ailəsinin ittihamlarına Siyəzən Regional Müalicə Dioqnostika Mərkəzinin pediatrı Mənsurə Ağayevadan münasibət öyrəndik. Mənsurə həkim barəsində ailənin dediklərini qəti inkar edərək deyilənlərin onun həkim imicinə mənfi təsir etdiyini dedi. "Nə pul təklif etmək? Mən şikayəti geri almaq üçün Mazan Əzimova elə bir söz deməmişəm ki, mənə 1500 manat pul versin. Bu, yalandır, əksinə, özü mənə deyib ki, pul ver, şikayətimi geri götürüm? Özü dediyini mənim barəmdə deyir, qəti doğru demir."

Siyəzəndə 5 aylıq körpənin ölümünə bais olan kimdir? - FOTO


Mənsurə Ağayeva bildirib ki, 5 aylıq Cahidin mədə- bağırsaqla bağlı problemi olub. "Mən bacardığım müalicəni etmişəm, ana uşağa qatılaşdırılmış süd və köhnə ana südü verib, ondan sonra vəziyyəti ağırlaşıb."-deyə həkim sözlərinə əlavə edib. Uşağın nəcisindən qan gəldiyini görüncə isə, Mənsurə Ağayeva onu K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu göndərdiklərini, amma bagırsaq keçilməzliyindən əziyyət çəkən 5 aylıq Cahidin Bakıda keçindiyini bildirdi.

Faktla bağlı Quba prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi