azia.az
azia.az

Bakıda 4 uşaq atası bulvarda intihar etdi - Xilas olmaq üçün ona atılan ipdən imtina etdi

27-03-2017, 11:10

Bakıda 4 uşaq atası bulvarda intihar etdi - Xilas olmaq üçün ona atılan ipdən imtina etdi


Dünən axşam saatlarında Bakı bulvarında özünü dənizə ataraq intihar edən 39 yaşlı Osmanov Kərəm Oruc oğlu 4 uşaq atası olub.

azia.az lent.az-a istinadən xəbər verir ki, İsmayıllı rayonunun Mücü kəndindən olan K.Osmanov Bakıda kirayə yaşayırmış və günəmuzd usta-fəhlə işi ilə məşğul olurmuş.

K.Osmanovu tanıyanlar onu sakit təbiətli şəxs kimi xarakterizə edib və maddi çətinliklərinin olduğunu deyiblər.

Dünən depressiv halda bulvara gələn 39 yaşlı şəxs burada özünü dənizə ataraq həyatına son qoyub. Hadisə şahidləri dənizə xilasedici ip atsalar da o, bundan imtina edib və suyun dibinə enib. Bir qədər sonra isə K.Osmanovun meyiti sudan çıxarılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi