azia.az
azia.az

75 yaşlı azərbaycanlı insan alverçisi barədə RƏSMİ MƏLUMAT

23-06-2016, 23:53

75 yaşlı azərbaycanlı insan alverçisi barədə RƏSMİ MƏLUMAT Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi daha bir insan alveri faktı ilə bağlı məlumat yayıb.
Lent.az idarəyə istinadən xəbər verir ki, 2016-cı il iyun ayının 22-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1941-ci il təvəllüdlü, Bakı şəhər sakini Kərimova Məlakət Abdulla qızının bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası vətəndaşları olan qadınları Türkiyə Respublikasının İstanbul və Iğdır şəhərlərinə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Faktla bağlı araşdırma davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi