azia.az
azia.az

Gömrükçülər gizlədilən gümüş dəyənəyi aşkar etdilər

19-06-2016, 06:45

Gömrükçülər gizlədilən gümüş dəyənəyi aşkar etdilər İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətinə təqdim olunmayan əşyanı gizlətməyə cəhd edib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, həmin vətəndaş gömrük nəzarətindən keçərkən, onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib, monitorda metal dəyənəyin təsvirləri əks olunduğuna görə müvafiq qanunvericiliyə uyğun olaraq təkrar yoxlama aparılıb. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi yoxlama zamanı sərnişinə məxsus çamadanda olan şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim olunmayan, gümüşü rəngli metaldan hazırlanmış 1 ədəd dəyənək aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi