azia.az
azia.az

İlhamə Quliyevanın ölümünə dair ekspertizanın nəticələri açıqlandı

6-04-2016, 13:27

İlhamə Quliyevanın ölümünə dair ekspertizanın nəticələri açıqlandı Xalq artisti İlhamə Quliyevanın ölümü ilə bağlı təyin olunmuş tibbi ekspertizanın yekun nəticələri məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, aparılan kimyəvi və toksikoloji ekspertizaların nəticələrinə görə, xalq artistinin zəhərlənməsinə dair iddialar öz təsdiqini tapmayıb.

İlkin müayinələrlə müəyyən edildiyi kimi, xalq artistinin ölümünə səbəb hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması olub.

Qeyd edək ki, İ. Quliyeva fevralın 25-də saat 12:30 radələrində yaşadığı evdə vəfat edib. Onun oğlu Orxan Nadirov və yaxın qohumlarının xahişi ilə meyit ölümün səbəblərinin müəyyən edilməsi üçün kimyəvi və toksikoloji ekspertizalar təyin olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi