azia.az
azia.az

Ukrayna Azərbaycan neftinin tədarükünü artırmağı planlaşdırır

22-03-2017, 14:37

Ukrayna Azərbaycan neftinin tədarükünü artırmağı planlaşdırır


""Ukrtransnafta" Publik Səhmdar Cəmiyyəti (Ukraynanın neft nəqli sisteminin operatoru) gələcəkdə Azərbaycanın "Azeri Light" neftinin Kremençuq Neft Emalı Zavoduna (NEZ) tədarük həcmini artırmağı planlaşdırır".

azia.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Ukrayna Baş nazirinin müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv deyib.

Xatırladaq ki, martın 10-dan "Ukrtransnafta" Odessadan Kremençuqa neft kəməri məntəqəsinin işini yeniləyib və "Azeri Light"ın Kremençuq NEZ-ə nəqlinə başlayıb. Ötən ilin sonunda imzalanmış saziş 2017-ci ildə Kremençuq NEZ-ə ən azı 1,3 milyon ton "Azeri Light" neft növünün nəqlini nəzərdə tutur.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan neftinin nəqli "Ukrtransnafta"ya 5 ilə yaxındır fəaliyyət göstərməyən Odessadan Kremençuqa neft kəməri məntəqəsinin işini yeniləməyə imkan verir:

"Bu, Ukrayna NEZ-lərinə neft nəqlini, həmçinin Ukrayna üzrə daxili neft nəqli həcmini də artıracaq".

Qeyd edək ki, Kremençuq NEZ 2016-cı ilin dekabrından "Azeri Light" neftini emal edir. Buna qədər isə neft zavoda dəmiryol nəqliyyatı ilə göndərilirdi.

2016-cı ildə Azərbaycan 31,1 milyon tondan çox yüngül neft hasil edib. 2015-ci ildə bu göstərici 31,3 milyon ton olub.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" neft yataqları blokunda hasil olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi