azia.az
azia.az

Dünya bazarında dollar kəskin bahalaşıb

7-11-2016, 11:59

Dünya bazarında dollar kəskin bahalaşıb
ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) prezident seçkilərinə 2 gün qalmış namizəd Hillari Klintonla bağlı araşdırmanı dayandırdıqdan sonra dollar kəskin bahalaşıb

"Reuters" xəbər verir ki, FTB açıqlamasında H.Klintonun ABŞ Dövlət Departamentinin rəhbəri olduğu müddətdə elektron poçtundan şəxsi məqsədləri üçün istifadə etsə də, yazışmalar zaman məxfi məlumatlardan istifadə etmədiyini bildirib.

Bu bəyanatdan sonra Asiya birjalarında dolların məzənnəsində yüksəliş qeydə alınıb. Belə ki, dollar Yaponiya yeninə qarşı 1,1% bahalaşaraq 104,30 yenə çatıb. Avro isə 0,7 ucuzlaşaraq 1,1060 dollaradək geriləyib.

ABŞ-ın milli valyutası İsveçrə frankına qarşı 1% möhkəmlənib. İnvestorlar hesab edir ki, H. Klintonu rəqibi Donald Trampdan fərqli olaraq daha proqnozlaşdırılan siyasət yürüdəcək.

"ABŞ-dan gələn xəbərlər Asiyanın səhm bazarında mülayim ralliyə səbəb ola bilər", - deyə dillerlər bildirir. FTB-nin bəyanatından sonra ABŞ-ın fond indekslərinin fyuçersləri 1%-dən çox artım nümayiş etdirib. ABŞ-ın xəzinədarlıq istiqrazları üzrə fyuçerslər isə zəifləyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi