azia.az
azia.az

Azərbaycana avtomobil idxalı 7 dəfə azalıb

18-06-2016, 07:46

Azərbaycana avtomobil idxalı 7 dəfə azalıb Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 2 min 233 ədəd avtomobil idxal olunub.
Gün.Az “APA-Economics”ə istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 13 min 262 ədəd avtomobil və ya 6,94 dəfə azalıb.

Ölkəyə gətirilən avtomobillərin 32 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, min 939 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 204 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 58 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi