azia.az
azia.az

ABŞ kəşfiyyatı Rza Zərrabı necə tələyə saldı? - MİLYON DOLLARLIQ PLAN

25-03-2016, 12:39

ABŞ kəşfiyyatı Rza Zərrabı necə tələyə saldı? - MİLYON DOLLARLIQ PLAN Zərrab Amerikaya giriş qadağasının qaldırılması üçün səhvən MKİ agentinə rüşvət verib

Azərbaycan əsilli iş adamı Rza Zərrabın ABŞ-da həbs edilməsi ilə bağlı maraqlı məqam üzə çıxıb. “Hürriyət” qəzetinin köşə yazarı Çingiz Səmərcioğlu köşə yazısında qeyd edib ki, R.Zərrab ABŞ-a girişinə qoyulan qadağanı ləğv etdirmək üçün Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agentinə 1 milyon dollar rüşvət verib.

Ç.Səmərcioğlu iddia edib ki, bir müddət əvvəl R.Zərrab İstanbulda ABŞ konsulluğunda çalışan bir nəfərlə dostlaşıb. Onlar getdikcə daha da yaxınlaşıblar, birgə restoranlara, istirahət yerlərinə gediblər. Bir müddət sonra isə R.Zərrab konsulluq əməkdaşına ABŞ-a girişinə qadağa olması barədə bildirib. Həmin şəxs isə 1 milyon dollar qarşılığında məsələnin həll ediləcəyinə söz verib. Tərəflər vədələşdiyi kimi edib və R.Zərrab həyat yoldaşı, tanınmış müğənni Ebru Gündəş və qızı ilə birgə Mayamiyə uçub. Burada onu qarşılayanlar arasında həmin diplomat da olub və o, biznesmenə deyib ki, 1 milyon dolları geri, onun hesabına qaytarıblar.

Maraqlıdır ki, MKİ agenti kimi təqdim edilən həmin diplomat İstanbulda R.Zərraba ABŞ-a girişinə maneənin olmaması ilə bağlı sənəd də veribmiş.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi