azia.az
azia.az

Rusiyalı senator Trampın “Qarabağ problemini asanlıqla həll edəcəyəm” sözünə gülüb

26-10-2020, 07:49


Rusiya Federasiya Şurasının (parlamentin yuxarı palatası-red.) üzvü Aleksey Puşkov ABŞ prezidenti Donald Trampın Dağlıq Qarabağ münaqişəsinin asanlıqla həll olunacağı barədə vədini gülüşlə qarşılayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bununla bağlı fikrini tvitter hesabında ifadə edib. Aleksey Puşkov istehza ilə Donald Trampın “konfliktləri həll etməyin yolunu çox gözəl bildiyini” qeyd edib.

“Tramp yenə də öz repertuarındadır. Deyir ki, Qarabağdakı münaqişəni həll edəcək. Əlbəttə, o, bunu necə edəcəyini bilir. Əfqanıstanda, Suriyada, Liviyada, Ukraynada və Şimali Koreyada o, belə münaqişələri artıq “həll edib”. Lakin o da gözəl bilir ki, ABŞ heç bir konflikti həll edə bilməz”,-deyə Aleksey Puşkov yazıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi