azia.az
azia.az

Çingizxan harada dəfn olunub? – Qəbrini 800 ildir axtarırlar

18-12-2019, 17:50


Dünyanın ən böyük sərkərdələrindən biri olan Çingizxanla bağlı xeyli müəmmaya aydınlıq gəlməyib. Ən böyük müəmma onun dəfn olunduğu yerdir.
Bizimyol.info xəbər verir ki, Çingizxanın qəbrini 800 ildir axtarırlar. Böyük Monqol imperiyasının banisi 1227-ci ildə vəfat edib. Ən çox güman edilən versiyalardan biri odur ki, Çingizxanı doğulduğu Onon çayının yaxınlığında dəfn ediblər. Orada çox qazıntı işləri aparılsa da, bir nəticə hasil olmayıb.
Çingizxan harada dəfn olunub? – Qəbrini 800 ildir axtarırlar
Həm italyan səyyah Mark Polonun, həm də fars tarixçi Fəzlullah Rəşidəddinin yazdığına görə, izi itirmək üçün Çingizxanın dəfnində iştirak edən qulları, ümumiyyətlə, qəbir yeri haqda məlumatı olan, duyuq düşən hər kəsi sonradan öldürüblər.

Sərkərdənin Monqolustandakı mavzoleyində heç bir qəbir yoxdur. Bir nov turist axınına hesablanmış obyektdir.

Şayiələr çoxdur. Məsələn, danışırlar ki, SSRİ-də 1937-ci ildə qəbrin harada yerləşməsi haqda təxminlər olub, sonradan axtarışda iştirak edənlərin başına çox bəla gəlib. Bu da bir inanc məsələsidir. Guya böyük tarixi şəxsiyyətlərin qəbrini tapmaq, açmaq istəyənlər çox bəla ilə üzləşir.

Həvəskar arxeoloq Mori Kravits əmindir ki, Çingizxanın qəbri Burhan-Haldundan 100 km şərqdə yerləşir. Hələ 15-ci əsrdə fransız katoliklər sərkərdənin böyük qələbə qazandığı yerlərdən birini tapmışdılar. Çingizxan həmin yeri çox sevirdi. Söhbət Kerlen və Bruçi çaylarının birləşdiyi ərazidən gedirdi. İndi kartoqraflar heç Bruçi çayının yerini də müəyyənləşdirə bilmir. Kravits təxmini yer müəyyənləşdirib, 2006-cı ildən orada qazıntı aparır. Hərçənd, Monqolustan hökuməti bu qazıntılara heç də isti yanaşmır.

Arxeloqlar dayanmadan Çingizxanın qəbrini axtarır. Onun qəbri üçün gah Altayın şimal, gah da Kenteyin cənub yamaclarını qazırlar. Onun Yehe-Utek adlanan ərazidə dəfn olunduğuna inananlar da az deyil. 800 illik müəmmaya azacıq işıq belə, düşmür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi