azia.az
azia.az

Gürcüstan Azərbaycandan dizel yanacağı almaqdan imtina etdi

7-08-2019, 09:56


Azia.az təqdim edir. Gürcüstan Azərbaycandan dizel idxalını dayandırır.
Gürcüstan Azərbaycandan dizel yanacağı almaqdan imtina etdi
Virtualaz.org bildirir ki, bu barədə Gürcüstanın İctimai Televiziyası məlumat yayıb.

“Moskva-Bakı” portalının yazdığına görə, bu barədə qərar Gürcüstanın Neft İdxalçıları Birliyi tərəfindən təşkil olunan seminarda elan edilib.

Qeyd olunub ki, 2020-ci il yanvarın 1-dən Gürcüstanda Avro-4 dizel yanacağının istifadəsi qadağan ediləcək. Ölkədə yalnız Avro-5 standartlarına cavab verən dizeldən istifadə ediləcək. Bu səbəbdən Gürcüstana Azərbaycandan dizel idxalı dayandırılacaq.

Dizelin Rusiyadan alınacağı bildirilir.

Bu arada SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov 2020-ci ildən Gürcüstanın Azərbaycandan dizel yanacağı idxalını dayandırascağı barədə xəbəri Turan-a təsdiqləyib. Onun sözlərinə görə, Azərbaycandan dizel yanacağının idxalı Gürcüstan hökümətinin qərarı əsasında dayandırılacaq: "Qeyd edim ki, Azərbaycan tərəfi özü də hələ əvvəlki illərdə dizelin ixracını əhəmiyyətli dərəcədə azaldıb. Bu isə daxili bazarımızda son illərdə müşahidə olunan ciddi tələbat artımı ilə bağlıdır."

İ.Əhmədov vurğulayıb ki, hazırda SOCAR Gürcüstan ilə yanaşı, bir çox digər ölkələrə də, əsasən Aralıq dənizinin hövzəsinə neft məhsulları və dizel yanacağı ixrac edir: "Mövcud satış şəbəkəmizdən istifadə edərək, biz gələcəkdə sərbəst qalan dizel həcmlərini həmin bazarlara yönləndirməyi və oradakı iştirakımızı artırmağı planlaşdırırıq."

SOCAR sözçüsü sonda deyib: “Ötən illərin təcrübəsi artıq göstərib ki, həmin bazarlara dizel məhsulunun daha böyük həcmlərdə çıxarılması üçün yetərli potensial mövcuddur”.

Xatırladaq ki, hazırda Gürcüstan dizel yanacağını ən böyük həcmdə Azərbaycandan idxal edir. Azərbaycandan idxal edilən neft məhsulları Rusiya məhsullarından 15 tetri ucuzdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi