azia.az
azia.az

Dubaydan qaçan şeyx arvadı Londonda 107 milyon dollarlıq villada qalır – FOTO

4-07-2019, 08:55

Dubaydan qaçan şeyx arvadı Londonda 107 milyon dollarlıq villada qalır – FOTO
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş naziri və Dubay əmiri Məhəmməd ibn Rəşid əl-Maktumun həyat yoldaşı Həyya bint əl-Hüseynin külli miqdarda pul götürərək ölkədən qaçmasının pərdəarxası məqamları üzə çıxıb

Beləki, Dubay əmirinin xanımının Londonda gizləndiyi barədə xəbərlər yayılıb.
Dubaydan qaçan şeyx arvadı Londonda 107 milyon dollarlıq villada qalır - FOTO
Dubaydan qaçan şeyx arvadı Londonda 107 milyon dollarlıq villada qalır – FOTO
“Times” xəbər verir ki, 45 yaşlı şahzadə 11 yaşlı qızı və 7 yaşlı oğlu ilə hazırda Londonun mərkəzində yerləşən “Kensington Palace Gardens” küçəsində dəyəri 107 milyon dollar olan malikanədə qalır.

Məlumatda həmçinin bildirilir ki, cütlük ayrılıb və şahzadə Həyya Dubayı tərk etdikdən sonra Ali Məhkəməyə boşanmaq üçün ərizə verib.

Şahzadənin qaçırılaraq yenidən Dubaya gətiriləcəyini ehtimal edənlər də var.

Birləşmiş Ərəb Əmirliklərinin Londondakı səfirliyi xoşagəlməz hadisələri şərh etməkdən boyun qaçırıb. Dilplomatik korpusdan bunun şəxsi məsələ olduğunu bildirinlər.
Dubaydan qaçan şeyx arvadı Londonda 107 milyon dollarlıq villada qalır – FOTO
Dubaydan qaçan şeyx arvadı Londonda 107 milyon dollarlıq villada qalır - FOTO

Qeyd edək ki, İordaniyada göz açan şahzadə təhsilini İngiltərədə alıb. Həyya İordaniya Kralı Abdullahın ögey bacısıdır. BƏƏ-də 250 min iordaniyalı işçi var. Qalmaqallı hadisənin isə iki ölkə arasında münasibətlərə təsir göstərəcəyi istisna edilmir.

Xatırladaq ki, 2004-cü ildə Dubay əmiri ilə ailə quran Həyya bint əl-Hüseyn şeyxin sayca altıncı arvadı olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi