azia.az
azia.az

Cahangir Hacıyevin arvadı Londonda 21 min manatlıq itlə görüntüləndi - foto

31-10-2018, 08:45

Jurnalist Turxan Qarışqa Facebookda maraqlı paylaşım edib. İctimai və informativ əhəmiyyətini nəzərə alaraq, musavat.com həmin statusu dərc edir:

"İngiltərənin Daily Mail qəzetinin jurnalistləri Beynəlxalq Bankın həbsdə olan prezidenti Cahangir Hacıyevin xanımı Zamira Hacıyevanı Londondakı villadan iti gəzdirmək üçün çıxanda görüntüləyiblər.

Qəzet yazır ki, siz Azərbaycanda 200-300 manata işləyəndə, Zamira Hacıyeva bahalı həyat yaşamağa davam edir:

Qəzet bankirin xanımının geyindiyi paltarları belə qiymətləndirir: (manatla)

Gucci ace brendinə məxsus idman ayaqqabısı 1209 AZN

Gucci brendinə məxsus idman şalvarı 1153 AZN

Miu Miu brend günəş eynəyi 631 AZN

Hermes şirkətinin constance brendinə məxsus əl çantası 14.151 AZN
Hamısı birlikdə 17.144 AZN edir.

Qəzet itin qiymətini də dəqiqləşdirib: 21.700 AZN. İtin aylıq yemək və aksesuar xərcləridə təxminən 3200 AZN.
Bunların hamısını toplayanda 42.044 AZN edir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi