azia.az
azia.az

“Azerbaijan Changing Diabetes Awards™ 2018” müsabiqəsində bütün nominasiyalar üzrə qaliblərin seçilməsi tamamilə şura üzvlərinin öhdəsinə buraxıb

8-11-2018, 14:28


Azia.az təqdim edur. “Azərbaycanda Novo Nordisk şirkətinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Azerbaijan Changing Diabetes Awards™2018” müsabiqəsində bütün nominasiyalar üzrə qaliblərin seçilməsi şəffaf şəkildə həyata keçirilir. Jüri heyyətində müstəqil ekspertlər təmsil olunur”.
Bu sözləri tibb elmləri doktoru, “Azerbaijan Changing Diabetes Awards™2018” mükafatının Məsləhət Şurasının üzvü Valeh Mirzəzadə söyləyib.
Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin sədri olan Valeh Mirzəzadə “İlin Ən Yaxşı Həkimi”, “İlin Ən Yaxşı Təlimçisi”, “İlin İnnovatoru”və “İlin Ən Yaxşı Jurnalisti” nominasiyaları üzrə ilkin olaraq 9 müraciətçinin münsiflər heyəti tərəfindən seçildiyini söyləyib: “Artıq bu layihə çərçivəsində ekspertlər şurası üzvlərinin iştirakı ilə iki toplantı keçirilib. Bu toplantılarda nominasiyalar üzrə meyarlar müəyyənləşib. “İlin Ən Yaxşı Həkimi” nominasiyasında şəkərli diabetlə bağlı elmi toplantılarda aktiv iştirak edən, pasiyentlərinin HbA1c (qlükozlaşdırılmış hemoqlobin) göstəricisini ciddi nəzarət altında saxlayan, milli və beynəlxalq protokollara riayət edən həkimlərə üstünlük veriləcək. “İlin Ən Yaxşı Təlimçisi” nominasiya üzrə isə şəkərli diabeti olan pasiyentlərə keçdiyi diabet təlimlərə, keyfiyyətli tədris apardığına görə seçilən şəxslər mükafatlandırılacaq. Bu dəfə müsabiqəyə “İlin İnnovatoru” nominasiyası da əlavə olunub. Məqsəd bu nominasiyada innovativ, elmi və əhalinin sağlamlığına yönəlmiş layihələrin təşəbbüsçüsü və ya iştirakçısı olan, yeni müalicə üsullarına üstünlük verən tibb işçilərinin mükafatlandırılmasıdır. Müasir dövrümüzdə bəllidir ki, maarifləndirmə işinin aparılması medianın köməyi olmadan mümkün deyil. Jurnalistlər hazırladıqları məqalələr, görülən işlərin həyata keçirilməsi, işıqlandırılması ilə cəmiyyətə məlumatı daha operativ şəkildə çatdırırlar. Ona görə də müsabiqədə “İlin Ən Yaxşı Jurnalisti” də seçiləcək. Belə qərara gəlmişik ki, bu nominasiyada şəkərli diabet ilə mübarizəyə dair məqalə müəllifləri, eləcə də diabet problemlərinin obyektiv işıqlandırılması və həlli yolunda fəallıq göstərən jurnalistlərə üstünlük verilsin. Müraciətlərin qiymətləndirilməsini mükafatı təsis edən şirkət tamamilə şura üzvlərinin öhdəsinə buraxıb. Ekspertlər şurası üzvləri hər nominasiya üzrə təqdim olunmuş CV-lər ətrafında geniş müzakirə apararaq təqdim olunmuş müraciətlərdən 9 CV-ni qənaətbəxş hesab ediblər. Biz həmin 9 şəxslə görüşərək onlarla söhbət apardıqdan sonra “Azerbaijan Changing Diabetes Awards™2018” mükafatının qaliblərinin kimliyi barədə yekun qərar veriləcək. Onların adları 14 noyabr - Ümumdünya Diabet Gününə həsr olunmuş “Azerbaijan Changing Diabetes Awards™2018” mükafatlandırma tədbirində açıqlanacaq”.
V. Mirzəzadə Azərbaycanda diabetlə bağlı fəaliyyət göstərən şirkətlərin bu tip layihələrə dəstək olmasının vacibliyini qeyd edib. Şura üzvü bildirib ki, şəkərli diabetli xəstələrin müalicəsində səmərəli fəaliyyəti ilə, tətbiq etdiyi innnovativ üsullarla onların fərqlənən,eləcə də bu sahədə maarifləndirmə işləri aparan şəxslərin mükafatlandırılması onların gələcək fəaliyyətinə stimuldur: “Həmçinin bu digər gənc həkimləri də şəkərli diabetlə mübarizədə fəal olmağa, daha səmərəli müalicə metodlarından istifadə etməyə istiqamətləndirir. Ona görə də, mən bu layihənin həyata keçirilməsində dəstəyi olan şəxslərə minnətdarlığımı bildirirəm, bu təcrübənin hər il daha təkmil formada həyata keçirilməsini arzulayıram”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi