azia.az
azia.az

Kişi arvadının intim videolarını çəkib biznesmeni şantaj etdi – Türkiyədə biabırçılıq – VİDEO

8-11-2018, 08:40

Azia.az təqdim edir. Türkiyədə kişi arvadı ilə birləşərək tanınmış iraqlı biznesmeni şantaj edib.

BAKU.WS xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb. Verilən informasiyaya görə, 28 yaşlı V.Roya və onun həyat yoldaşı Abdülkerim C. birgə plan qurublar. Onlar iraqlı iş adamından bir neçə dəfə pul alıblar. Sonuncu dəfə cütlük biznesmeni şantaj edərək, ondan 1 milyon dollar tələb ediblər.
Adı çəkilməyən biznesmen isə bu qədər pulu verməkdən imtina edib və polisə şikayət edib.

Araşdırmalar zamanı məlum olub ki, həmin iş adamı ilə onu şantaj edən 28 yaşlı qadın 3 il sevgili olub. Qadın evləndikdən sonra da biznesmendən əl çəkməyib.

Hətta qadının əri onların görüşdüyünü bilirmiş. Bir neçə dəfə kişi arvadının sevgilisindən pul alıb. Elə biznesmenin qadından ayrılmasına da bu səbəb olub.

“Hər dəfə arvadını yanıma gətirəndə pul alırdı. Son vaxtlar isə daha çox pul tələb edirdi. Bir dəfə ona 50 min dollar verdim. Deyirdi ki, şəxsi biznesini quracaq. Daha sonra 40 min dollar istədi. Vermədikdə isə Roya mənimlə dalaşdı”, – deyə biznesmen bildirib.

İş adamı vəziyyətdən çıxmaq üçün sonuncu dəfə qadının ərinə 40 min dollar verib. Daha sonra ondan ayrılmaq istədiyini bildirib.

Lakin Abdülkerim C. biznesmenə bildirib ki, əlində arvadı ilə birgə çəkilən intim videolar var. Əgər 1 milyon dollar verməsə həmin görüntüləri Türkiyə və İraq saytlarında yayacaq.


Polis əməliyyat keçirərək cütlüyü oteldə tutub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi