azia.az
azia.az

Vüsal Novruzov ittihamlara cavab verdi

26-10-2018, 07:35

Vüsal Novruzov ittihamlara cavab verdi

Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana qızıl-zinət əşyaları gətirib satan 4 qadının Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi, gömrük xidməti generalı Vüsal Novruzovun ailə üzvlərinin sürücüsü olduğu deyilən Nəcəf Nəsirli adlı şəxs tərəfindən aldadılması qalmaqalına generalın özü reaksiya verib. Vüsal Novruzov virtualaz.org-un redaksiyasına zəng vuraraq bildirib ki, bu qalmaqalda adının hallandırılmasına etiraz edir, çünki Nəcəf Nəsirli adlı şəxslə həmin qadınlar arasında hansı alış-verişin olduğunu bilmirdi və nəticədə kimin kimə borclu olmasından xəbərdar ola bilməzdi.

Baki gömrüyünün keçmiş rəisi bildirib ki, Nəcəf Nəsirli adlı şəxsi 2 il bundan qabaq işindən uzaqlaşdırıb və həmin vaxtdan bəri onunla heç bir əlaqəsi yoxdur. Və bu şəxsi hansısa formada himayə etməyib, işindən uzaqlaşdırılandan sonra hansı əməllərlə məşğul olmasını izləməyib. Amma istisna etmir ki, bu şəxs hansısa formada onun adından istifadə edə bilərdi.

“Mən adları çəkilən həmin qadınları tanımıram, heç vaxt da tanımamışam. Onlarla heç bir təmasım, alış-verişim olmayıb. Bunu qadınlar özləri də şikayətlərində təsdiq edir. Ümumiyyətlə, mən ailə üzvlərim üçün alverlə məşğul olan hansısa qadınlardan, yəni belə desək, ara alverçilərindən heç nə almamışam. Sonradan eşitmişəm ki, Nəcəf Nəsirli ilə adlarını çəkdiyiniz həmin qadınlar arasında nəsə alış-veriş, ticarət sövdələşmələri olub. Bundan Nəcəfi işindən uzaqlaşdırandan sonra xəbər tutmuşam. Bildiyim budur ki, hazırda onların arasında maliyyə çəkişməsi var, hər iki tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. Qadınlar N.Nəsirlinin onlara 615 min dollar borclu olduğunu deyirlər, o da öz növbəsində qadınları 2 milyon manat borc alıb qaytarmamaqda günahlandırır. Bu mübahisəni araşdırmaq hüquq-mühafizə orqanlarının öhdəsindədir. Əgər Nəcəf günahkardırsa və qadınları aldadıbsa qoy qanun qarşısında cavab versin, cəzasını alsın. Yaxud qadınlar günahkardırsa qoy onlar qanun qarşısında cavab versinlər. Mənim bu mübahisədə hər hansı rolum yoxdur və olmayıb”-Vüsal Novruzov belə deyib.

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi