azia.az
azia.az

SOCAR mərhum neftçinin ailəsinə yardım həyata keçirib

17-02-2016, 12:02

SOCAR mərhum neftçinin ailəsinə yardım həyata keçirib Rəhmətə getmiş neftçi Fuad Tağıyevin ailəsinə kömək və ödənilməli sıgortanın məbləği tam çatdırılıb.
Bunu SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib.
X.Məmmədov T.Tağıyevin ailəsi tərəfindən SOCAR-a qarşı yaranmış narazılığın əsl səbəbini açıqlayıb: “Rəhmətlik Fuad Nağıyevin həyat yoldaşı Tağıyeva Humay SOCAR-ın Baş ofisinə gəlib. Baş ofisin üç şöbə müdiri birlikdə onu qəbul ediblər. Sonra xanımın xahişi ilə vitse-prezidentlər Bədəl Bədəlov və mən də onu qəbul etmişik. Xanım səbrlə dinlənilib, onun bütün suallarına ətraflı cavab verilib. Xanımın narazılığı ailəyə çatan ailəsinə kömək və ödənilməli sıgortanın məbləği ilə bağlı olub. Tərəfimizdən ona izah olunub ki, qadın Fuad Tagıyevin ikinci həyat yoldaşıdır. Fuad rəhmətliyin birinci həyat yoldaşı və ondan bir uşağı da var. Fuad Tağıyev sonradan Humay xanımla nigaha girib və ondan da 2 usagı var. Ona görə də verilən kömək və ödənilməli sıgortanın məbləği bu ailələr arasında bölünməlidir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi