azia.az
azia.az

Qarabağda müharibə gedən günlərdə nazirlik Haftoni meşələrini “satırmış”

14-07-2021, 12:07


Qarabağda müharibə gedən günlərdə nazirlik Haftoni meşələrini “satırmış”
Lənkəranın Haftoni kəndi ərazisində qiymətli ağac növlərinin də olduğu meşə ərazisinin çay plantasiyasının salınması üçün “Beta” şirkətinə uzunmüddətli icarəyə verilməsi, şirkətin həmin ərazidə ağacları kütləvi şəkildə qırması ətrafında qalmaqal davam edir. Virtualaz.org saytının redaksiyası nəhayət Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “Beta” şirkəti arasında bağlanmış, Haftoni meşəsinin 42 hektarlıq ərazisinin uzunmüddətli icarəyə verilməsini nəzərdə tutan müqavilənin surətini əldə edib.
Bu sənədi redaksiyamıza “Ecocenter” adlı ətraf mühit təşkilatının rəhbəri Cavid Qara təqdim edib. Cavid Qara Haftoni meşələrinin qırılmasına dair fotoların yayılmasından sonra ETSN qarşısında ekofəallarla birlikdə etiraz aksiyası da keçirmişdi.

Beləliklə, həmin müqaviləyə əsasən 42 hektarlıq meşə zonası “Beta” şirkətinə 15 illiyinə icarə verilib. Üstəlik bütün ərazi üzrə icarə haqqının ümumi məbləği cəmi 1092 manat təşkil edir! Yəni hər hektara görə 26 manat. Müqaviləyə əsasən həmin pullar “dövlət büdcəsinə köçürülməlidir”. Yəni nazirlikdə oturan məmurların sayəsində Azərbaycan dəmirağacı kimi qiymətli ağac növlərinin də olduğu 42 hektar meşə sahəsindən məhrum olur, əvəzində ayda dövlət büdcəsi 91 manat qazanır.
Qarabağda müharibə gedən günlərdə nazirlik Haftoni meşələrini “satırmış”
Lakin ən ilginc olanı müqavilənin imzalandığı tarixdir. Sənəd 2020-ci il oktyabrın 27-də, yəni Qarabağ uğrunda şiddətli müharibənin getdiyi günlərdə imzalanıb. Azərbaycan əsgərləri əldə silah cəbhədə döyüşüb torpaqları öz qanları ilə azad etdiyi günlərdə bəzi məmurlar Haftoni meşələri ilə alver edirdi. Üstəlik meşə fondu torpaqlarını qəpik-quruşa özəl şirkətə verirdi. Təbii ki, bu sövdələşmədən dövlət qəpik-quruş qazansa da işdə marağı olanların qazancı sanballı məbləğlərlə hesablana bilər.

Xatırladaq ki, əvvəlcə ETSN Haftoni meşələrində ağacların qırılması faktını ümumiyyətlə inkar edirdi. Lakin daha sonra təkzibedilməz faktlar, fotolar internetdə yayılandan sonra “bəzi ağacların qanunsuz kəsilməsi” təsdiqləndi. Nazirlik “Beta” şirkətini cərimələdiyini açıqladı. Bu cərimənin məbləği isə təbiətə vurulan ziyanla müqayisədə çox cüzidir. Nazirlik açıqladı ki, şirkətə kəsilən ağacların yerinə yenisini əkmək tapşırılıb. Yəni meşə sahəsinin qanunsuz icarəyə verilməsi faktı aradan qaldırılmır və ictimaiyyəti sakitləşdirmək üçün formal cəza tədbirləri görülür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi