azia.az
azia.az

“Göydən od yağırdı, dostlarımız göz önündə kül olurdu, nə etməliydik?...”

19-03-2021, 11:38

“Göydən od yağırdı, dostlarımız göz önündə kül olurdu, nə etməliydik?...”
Ermənistan hüquq-mühafizə orqanları 44 günlük Qarabağ müharibəsində döyüş meydanından qaçan fərarilərlə bağlı ciddi problemlə üzləşib. Virtualaz.org xəbər verir ki, hüquq-mühafizə orqanları 10 mindən çox hərbçi barədə fərarilik ittihamı ilə cinayət işi qaldırıb və onları dindirməyə başlayıb. Lakin fərarilərin barəsində həbs qərarı çıxarmaq müstəntiqlər üçün çətindir. Bu haqda “Joqovurd” qəzeti yazır.

Bildirilir ki, müharibə zamanı öz döyüş postlarını tərk edən və ya qaçan çoxsaylı fərari bu günlərdə dindirməyə çağırılır. Onlar ifadə verirlər və deyirlər ki, müharibəyə yollananda döyüşməyə hazır idilər. Amma göydən od yağdığı, dostlarının göz önündə yanıb kül olduğu bir vaxtda qaçmaqdan başqa yolları qalmırdı. “Bizim başqa yolumuz yox idi, qaçmağa məcbur idik. Nə etməliydik? Ölməli idik?”,-fərari erməni hərbçilərinin əksəriyyətinin ifadəsi bu məzmundadır.



Bu ifadələri dinləyən müstəntiqlər isə onların barəsində hansı qərar çıxarmalı olduqlarını bilmirlər. Ona görə də barəsində cinayət işi qaldırılmış 10 mindən çox hərbçinin taleyi ilə bağlı hansı qərarın qəbul ediləcəyi hələ aydın deyil.

Ötən gün parlamentdə baş nazir Nikol Paşinyan deputat Edmon Marukyanın sualına cavab olaraq təsdiq edib ki, müharibə ilə bağlı 10 mindən çox cinayət işi qaldırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi