azia.az
azia.az

Koronavirus insanda iy və dadbilmə qabiliyyətini həmişəlik itirə bilər

21-07-2020, 12:21


Koronavirus insanda iy və dadbilmə qabiliyyətini həmişəlik itirə bilər
Koronavirusa yoluxmuş və sağalmış hesab edilən bəzi pasiyentlər həkimlərə bildiriblər ki, onlarda iy və dadbilmə qabiliyyəti bərpa olunmayıb. Tibb işçiləri deyirlər ki, insanda bu qabiliyyətlərin koronavirus nəticəsində həmişəlik itməsi riski var.

Virtualaz.org xəbər verir ki, bu haqda “The Wall Street Journal” qəzetində dərc edilmiş araşdırmada deyilir. Bildirilir ki, koronavirusa yoluxanların əksəriyyətində iy və dad hiss etmə qabiliyyəti daha sonra bərpa olunub. Amma bəzi xəstələrdə bu qabiliyyət onların sağalmış hesab edilərək xəstəxanadan buraxılmasından bir neçə ay sonra geri qayıdıb. Bir sıra pasiyentlərdə isə həmin qabiliyyətin həmişəlik itmək riski var.

“European Archives of Oto-Rhino-Laryngology” təbabət jurnalının amerikalı həkimlərin araşdırmalarına istinadən yazdığına görə, koronavirusun yüngül və orta ağırlıqlı simptomlarını keçirmiş 417 nəfərdən 88 faizə yaxınında iy və dad bilmə qabiliyyəti bərpa olunub. Lakin bir neçə pasiyentdə bunun üçün həftələrlə vaxt lazım gəlib, bəzilərində isə ümumiyyətlə bərpa olunmayıb.

“Monell Chemical Senses Center”dən Daniella Rid hesab edir ki, beyinə gedən hissiyat reseptorları virusun beyinə keçməsinin qarşısını almaq üçün “intihar” edir və nəticədə bəzi xəstələrdə hissiyatın bərpa edilməməsi riski var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi