azia.az
azia.az

Keçmiş hakim azadlığa çıxdı - icra başçısı təyin etdirmək adı ilə 600 min manat pul almışdı

1-06-2020, 19:49


Keçmiş hakim azadlığa çıxdı - icra başçısı təyin etdirmək adı ilə 600 min manat pul almışdı
İcra hakimiyyəti başçısı vəzifəsinə adam düzəltmək adı ilə külli miqdarda pul almaqda ittiham edilərək həbs olunan hakim azadlığa çıxıb.
Keçmiş hakim azadlığa çıxdı - icra başçısı təyin etdirmək adı ilə 600 min manat pul almışdı
Musavat.com xəbər verir ki, Həsən Əliyev Xəzər rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

Xatırladaq ki, Həsən Əliyev 2000-2007-ci illərdə Binəqədi rayon Məhkəməsinin sədri olub.

Son olaraq isə 7 il Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub. O, 2015-ci ildə həbs edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə o, Ramazan Səlimovdan icra başçısı təyin etdirmək adıyla 600 min manat pul alıb.

R.Səlimov bildirib ki, icra başçılığına təyinat söhbəti alınmayınca, ona Qubanın torpaq və xəritəçəkmə şöbəsinə rəis vəzifəsi təklif olunub, amma bu vəzifə vədi də alınmayıb.

R.Səlimovun şikayətindən sonra H.Əliyev pulun 250 min manatını qaytarıb.

Qeyd edək ki, H.Əliyev özünü təqsirli bilmir və R.Səlimovdan borc pul aldığını deyir.

İlkin Muradov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi