azia.az
azia.az

İcra başçısı Vüqar Səfərliyə ov təşkil edirmiş

30-05-2020, 15:57


“Vüqar Səfərli bizim qəzetdə – “Hürriyyət” qəzetində işləyib. Texniki işçi idi, qovduq. Kasıb, acından ölənin biri idi…”
İcra başçısı Vüqar Səfərliyə ov təşkil edirmiş
Reportyor.info xəbər verir ki, bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
“Qardaşım Qurban Məmmədov Vüqar Səfərliyə iş verdi. Maxinasiya ilə məşğul olduğuna görə qovduq. Sonra hansısa xətlə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru təyin edildi. Biz bu adamları çox yaxşı tanıyırıq. Təsəvvür edin, vəzifədə olanda Şamaxıya gedirdi, rayon icra hakimiyyətinin başçısı ov üçün xüsusi hazırlıq görürdü, donuzları qabağına qovalayırdılar ki, ov etsin. Bu adam oğru, dələduz olub. İcra başçısının bu adamın xidmətində dururdu, kimdi bu? Əyninə şalvar ala bilmirdi…” – S.Cəlaloğlu qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi