azia.az
azia.az

TANINMIŞ JURNALİSTDƏN KORONAVİRUSDAN ZƏRƏRÇƏKƏN JURNALİSTLƏRƏ ŞOK DƏSTƏK TƏKLİFİ

6-04-2020, 19:53


"Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili koronavirusla bağlı ölkəmizdə tətbiq edilən sərt karantin rejimi ilə əlaqədar olaraq "Evdə qal!" kampaniyasına riayət edən jurnalistlərlə bağlı maraqlı təkliflə çıxış edib.
TANINMIŞ JURNALİSTDƏN KORONAVİRUSDAN ZƏRƏRÇƏKƏN JURNALİSTLƏRƏ ŞOK DƏSTƏK TƏKLİFİ
"Pravdainfo.org"a açıqlama verən baş redaktor əməkdaşımıza bunları söylədi:

- Bilirsiniz ki, Prezident cənab İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dünyamız üçün bir sınaq imtahanı olan koronavirus bəlasının qarşısının alınması ilə bağlı sərəncam və təşəbbüsləri alqışlanandır. Bütün bunlar Azərbaycan insanının, deməli, həm də dövlətimizin gələcəyinin bu bəladan xilasına hesablanmışdır. Cənab Prezidentin sonuncu sərəncam və göstərişlərinə əsasən aidiyyəti dövlət qurumları tərəfindən iş yerləri bəlli səbəbdən dondurulmuş işçilərə karantin müddəti bitənədək maliyyə yardımı edilməsi nəzərdə tutulub. Bəs məlum problemlər üzündən iş yerindən müvəqqəti imtina etmiş jurnalistlərimizin taleyi necə olmalıdır? Bilirsiniz ki, 2008-ci ildə Prezidentin Fərmanı ilə KİV-ə Dəstək Fondu yaradılmışdır və fondun indiyədək fəaliyyəti jurnalist cameəsinə məlum olduğundan bu barədə danışmaq istəmirəm. Lakin deməyə məcburam ki, Fondun rəhbərliyi ötən 12 il ərzində yalnız bir qrupa dəxli olan qəzetlərin maliyyəsi ilə məşğul olub. Təəssüflər olsun ki, bu belədir. Elə bu səbəbdən də fondun gələcək fəaliyyəti artıq sual altındadır. Bununla belə, bilirsiniz ki, koronavirusla bağlı tətbiq edilən sərt karantin tədbirləri nəticəsində əhalinin evdən çıxmaması məcburi xarakter alıb. Bu isə o deməkdir ki, çap mediasının potensial alıcıları artıq yoxdur. Yəni, qəzetlərin mart ayından başlayaraq çapının dayandırılması hələ neçə ay davam edəcək, bəlli deyil. Bəs həmin KİV-lərdə, eləcə də reklam qazancı ilə dolanan, qonorar alaraq yaşayan jurnalistlər nə etməlidir? Elə təklifim də bununla bağlıdır: bilirsiniz ki, Dövlət Büdcəsindən KİV-ə Dəstək Fonduna 2020-ci il üçün külli miqdarda vəsait ayrılmışdır. Bu ilin birinci yarısı üçün yenə də bəlli KİV-lərə kateqoriyalar üzrə ay üçün hər birinə 5 mindən başlayaraq 10-20 min manat pul ayrılmışdır. Lakin həmin qəzetlər artıq koronavirusla bağlı nəşr olunmur. Təklif edirəm ki, həmin dondurulmuş, yəni istifadəsiz qalmış həmin vəsait fonddan maliyyə almayan qəzetlərin əməkdaşlarına, eləcə də iş yeri olmayan peşəkar jurnalistlərə ən azı minimum yaşayışı üçün verilsin.

Hansı qəzetlərə və müstəqil jurnalistlərə yardım verilməsinə gəlincə, təklif edirəm ki, Azərbaycan Mətbuat Şurasının sədri, hörmətli Əflatun Amaşovun ədalətli seçimi ilə siyahı tutulsun. Hesab edirəm ki, Nizamnaməsində və Əsasnaməsində jurnalistlərə yardım etməsi nəzərdə tutulmuş KİVDF-nin rəhbərliyinin bu vəziyyətdə susqunluğu da bunu zəruri edir. Belə bir məsuliyyətli günlərdə həm də jurnalistlərin ailələrinin taleyi barədə düşünmək, zənnimcə, həmkar həmrəyliyini zəruri edir...

Dinlədi: Mahmud Məmmədli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi