azia.az
azia.az

Əliheydər Əliyevin ittihamlarına qarşı tərəf cavab verdi

4-10-2019, 17:31

Əliheydər Əliyevin ittihamlarına qarşı tərəf cavab verdi
Əliheydər Əliyevin ittihamlarına qarşı tərəf cavab verdi

Xatırladaq ki, 16.09.2019-cu il tarixdə Əliheydər Əliyev “Azia.az” saytına hüquqlarının kobud şəkildə pozulması və ona qarşı hədə-qorxu gəlinməsi barədə ciddi ittihamlar səsləndirərək müraciət ünvanlamışdır.
“Azia.az” saytı müraciəti nəzərdən keçirmiş və “Əliheybət Şirinov Cəbrayıl rayon məcburi köçkününə diriykən qəbir qazdırdı-İddia” sərlövhəli yazı dərc edildikdən sonra, cavabdeh tərəf dərhal məsələyə münasibət bildirir.
Mətbuat ictimai-rəy yaradır prinsipinə sadiq qalan Azia.az saytı olaraq obyektiv və tərəfsizliyini qorumaqla, həmçinin qarşı tərəfin cavab haqqını tanımaqla cavabdehin səslənən ittihamlara münasibətini dərc edirik. Redaksiyaya təqdim olunan rəsmi sənədləri sizin nəzərinizə çatdırırıq.
Təqdim olunan sənəddə bildirilir ki, 30.12.2016-cı ildə Əliheydər Əliyev Notarial qaydada öz imzası ilə həqiqətin nə olduğunu təsdiq edir. Ərizəni olduğu kimi dərc edirik. Əliheydər Əliyevin ittihamlarına qarşı tərəf cavab verdi
“Mən, Əliyev Əliheydər Qabil oğlu, yazıb bildirirəm ki, “Azəryolservis” ASC –yə qarşı heç bir pul iddiam və tələbim yoxdur və gələcəkdə də olmayacaq”. Bu sözləri Əliheydər Əliyev nortarial qaydada təsdiq olunan ərizəsində yazır. Keçək növbəti sənədə.
Belə ki, 26.092019-cu il tarixdə Əleheydər Əliyev yenidən iddia tələbi ilə Bakı şəhər Nərimanov Məhkəməsinə üz tutur.
Qeyd edək ki, cavabdeh “Azəravtoyol” ASC-nin 8 saylı xüsusi Təyinatlı Yol İstismarı MMC-nin nümayəndəsi hüquqşünas Fətəliyev Vəfalı Əzizbala oğlu qətnamənin surətinin təqdim edərək iddialara tutarlı cavab veridi. Təqdim olunan sənədlərlə bir daha sübut olunur ki, iddialar əsassızdır.

Məhkəmə iddianı əsassız saydı

“Azəravtoyol” ASC-nin Xüsusi Təyinatlı Yol İstismar MMC-nin direktoru Şirinov Əliheybət Balakişi oğluna qarşı pul tələbinə qarşı iddi ərizəsi üzrə mülki işə Bakı şəhər Nərimanov Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxılaraq qətnamə qəbul olunur. Hakim Ramin Quliyev iddinanı rədd edir. ““Azəravtoyol” ASC-nin Xüsusi Təyinatlı Yol İstismar MMC-nin direktoru Şirinov Əliheybət Balakişi oğluna qarşı pul tələbinə qarşı iddi ərizəsi təmin edilməsin.” Məzmunlu qətnaməsi qəbul edilir.
Bununla da cavabdeh tətrəf haqlı olduğunu məhkəmə vasitəsi ilə bir daha təsdiq etmiş olur. Əliheydər Əliyevin ittihamlarına qarşı tərəf cavab verdi
Cavabdeh tərəf onu da bildirdi ki, Əliheydər Əliyev öz qanunsuz əməllərindən əl çəkməyərək müxtəlif dövlət orqanlarına, media qurumlarına yenə də həqiqətə uyğun olmayan, əsassız və böhtan xarakterli müraciətlər ünvanlamaqda, müntəzəm olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, həmçinin agentliyin “8 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəhbərliyini şantaj etməkdə, hədə-qorxu gəlməkdə davam edir, şər və yalan dolu hərəkətləri ilə pul tələb edir.Əliheydər Əliyevin ittihamlarına qarşı tərəf cavab verdi Bütün bunlar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işgüzar nüfuzuna xələl gətirdiyi üçün qeyd olunanlarla bağlı Əliheydər Əliyev barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.
Azia.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi