azia.az
azia.az

DİN:” Yaşar Rəsulovon verdiyi bu məlumat əsassız, böhtan xarakterli, ictimai rəyi özünə cəlb etmək üçün atılan bir addımdır”

9-02-2019, 17:17

DİN:” Yaşar Rəsulovon verdiyi bu məlumat əsassız, böhtan xarakterli, ictimai rəyi özünə cəlb etmək üçün atılan bir addımdır”
“Kütləvi informasiya vasitələri haqqında” qanunu əldə rəhbər tutaraq qarşı tərəflə əlaqə saxladıq. Daxili İşlər Nazirliyindən məsələyə operativ şəkildə münasibət bildirilmişdir.
Daxili İşlər Nazirliyi Mingəçevir şəhər sakini, ikinci qrup əlil Yaşar Rəsulovun şəhər Polis Şöbəsində döyülməsi məsələsinə aydınlıq gətirmişdir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə bildirmişdir ki, Mingəçevir şəhər Polis Şöbəsində guya döyülməsi barədə Yaşar Rəsulovun iddiaları əsassızdır, böhtan xarakterlidir, ictimai-rəyi çaşdırmağa yönəlmiş cəhddir. “Əgər əlində döyülməsilə bağlı hər hansı
ciddi dəlil-sübut, yaxud məhkəmə tibbi ekspertizasının rəyi olsaydı, bununla əlaqədar o, şəhər prokurorluğuna, daha yuxarı instansiyalara müraciət edərdi. Lakin bu adamın döyülməsi ilə bağlı nə yerli polisə, nə prokurorluğa, nə də digər yuxarı instansiyalara heç bir məlumat, müraciət daxil olmamışdır.
Məlumat üçün bildiririk ki, Y.Rəsulov 2104-2016-cı illər ərzində mülki və torpaq sahələrinin sənədləşdirilməsi, işə düzəltmə, kiminsə qardaşının həbsdən azad olunmasına köməklik etmək adı altında ayrı-ayrılıqda 7 şəxsin ümumilikdə 26,7 min manat pulunu mənimsəyərək dələduzluq etmişdir. Həmin şəxslərin ərizələri ilə bağlı toplanmış materiallar əsasında Mingəçevir şəhər Prokurorluğu tərəfindən başlanılan və Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin eyni-dələduzluq maddəsilə, həmçinin Ədliyyə Nazirliyinin İstintaq İdarəsi tərəfindən də bu şəxs barəsində Cinayət Məcəlləsinin 29, 317-1.1 (Cəzaçəkmə müəsissələrinə və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi) maddəsi ilə istintaq olunan cinayət işləri bir icraatda birləşdirilmiş, Y.Rəsulov təqsiləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək barəsində “ polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.
Onu da nəzərinizə çatdırırıq ki, Yaşar Rəsulovun ağır xəstəliyi ilə əlaqədar sağlamlığında yaranmış problemlər səbəbindən sözügedən cinayət işinin icraatı bir neçə dəfə dayandırılmışdır. Lakin sonuncu dəfə, ötən ilin iyulunda Goranboy rayon Prokurorluğu tərəfindən həmin cinayət işinin icraatının dayandırılması barədə qərar ləğv edilərək istintaqı yenidən davam etdirilmişdir. Y.Rəsulova Cinayət Məcəlləsinin üç maddəsilə ittiham edilmiş, qeyd olunan cinayət işi yekunlaşdırılaraq baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilmişdir. Dəfələrlə çağırılmasına baxmayaraq, bu şəxs məhkəmə iclaslarına gəlməkdən imtina etdiyinə görə hazırda barəsində axtarış elan edilmişdir. Ədalət mühakiməsindən qəsdən yayınan bu şəxs yerli hüquq mühafizə orqanları barədə böhtan xarakterli, yalan məlumatlar yaymaqdansa, məhkəmə qarşısına çıxmalı, törətdiyi qanunsuz əməllərə görə cavab verməlidir”. “.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi