azia.az
azia.az

Novruz Məmmədov yeni fond yaratdı

2-10-2019, 14:42

Novruz Məmmədov yeni fond yaratdı
Azərbaycanın baş naziri Novruz Məmmədov Dövlət Əməyin Mühafizəsi Fondunun (DƏMF) yaradılması haqqında sərəncam imzalayıb.Nazirlər Kabinetinin saytında dərc olunan sərəncama əsasən, Fondun idarə edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.Fondun məqsədi ölkədə əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdir.Fondun vəsaiti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların könüllü ödəmələrindən, müəssisələrin və vətəndaşların könüllü ödəmələrindən və başqa ödəmələrdən toplanan mənbələr hesabına formalaşdırılır.Fondun vəsaiti Nazirliyin büdcədənkənar xüsusi xəzinə hesabında yığılır və Nazirlik bu vəsaitlər üzərində sərəncam verir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi