azia.az
azia.az

Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyi

5-07-2019, 13:21

Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyi
1979-cu ildə Azərbaycan hökuməti tarix və mədəniyyət abidələri ilə zəngin olan Laçın rayonunda tarix-diyarşünaslıq muzeyinin yaradılması barədə qərar qəbul etmişdi. 1980-ci ildə muzeyin yaradılması üçün eksponatların toplanmasına başlanılmış, işin icrası və muzeyə rəhbərlik Solmaz Səttar qızı Məhərrəmovaya tapşırılmışdı.
Muzeyin yerləşdiyi bina tarixilik baxımından qiymətli idi. Bu bina 1924-cü ildə Laçın şəhərinin salındığı dövrdə, Azərbaycan memarlığı üslubunda inşa edilmiş, fasadı rəngli şəbəkə üsulu ilə işlənmişdi. Binanın II mərtəbəsində yerləşən muzey ekspozisiyasının sahəsi 360 kv.m., 9 zaldan ibarət idi. Bundan əlavə muzeyin həyətində 360 kv.m-lik sahədə də açıq səma altında ekspozisiya fəaliyyət göstərirdi. Burada Laçın rayonunun qədim daş plastikasını özündə əks etdirən sənət nümunələri nümayiş etdirilirdi. Muzeyin fondunda 10 minə qədər əşya mühafızə olunurdu. Onun 5 min ədədi əsas fonda daxil idi. Muzeyin ekspozisiyası 1983-cü ildə istifadəyə verilmişdir. 1989-cu ildə ümumittifaq muzeylərə baxış müsabiqəsinin qalibi olmuş, muzey və onun direktoru baxış-müsabıqənin xüsusi medalı ilə təltif olunmuşdu.Laçın rayon Tarix-Diyarşünaslıq MuzeyiMuzeydə işçilərın sayı 14 nəfər idi. Onların 6 nəfəri ali təhsilli idi. Ermənistan Silahlı Qüvvələri tərəfindən Laçın şəhərinin işğal edilməsi nəticəsində muzeyin binası və 10 mindən artıq eksponatı məhv edilmiş və aparılması mümkün olanlar isə daşınmışdır. Hazırda ermənilər talan etdikləri muzey əşyalarını dünya ictimaiyyətinə erməni maddi-mədəniyyət nümunələrı kimi təqdim edərək bır sıra ölkələrdə nümayiş eldirirlər.1992-cı ildən muzey fəaliyyətini Bakı şəhərı, Nərımanov rayonu, Əliş Quliyev adına 2 saylı texniki-peşə liseyində davam etdirir. Muzey əsasən toplama işi ilə məşğul olur. İndiyədək muzeyin fonduna 1200 əşya daxil olmuşdur. Laçın rayon Tarix-Diyarşünaslıq MuzeyiƏşyaların böyük əksəriyyəti XIX əsrə aiddir və əsasən bölgənm tarixini özündə əks etdirir.Solmaz Məhərrəmova ixtisasca tarixçidir, tarix elmləri doktorudur. Muzeyin ilk direktoru və yaradıcısı kımi indi də bu sahədə fəaliyyət göstərir. Muzey işi sahəsində biliklərini artırmaq məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ixtisasartırma kurslarında, Moskvada Ümumittifaq Muzey İşçilərinin İxtisasartırma İnstitutunda (1983-1989-cu illər) kurslardan keçmiş, Tatarıstan Respublikasmm paytaxtı Kazan şəhərindəki Dövlət Tarix Muzeyində ixtisasartırma kurslarında olmuşdur. Muzey işindəki səmərəli fəaliyyətinə görə 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Əməkdar mədəniyyət işçisi» fəxri adma layiq görülmüşdür.
Hazırladı:
Vüqar Tofiqli,
Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi