azia.az
azia.az

İtkin düşən nazirlik əməkdaşının meyiti meşədə ağacdan asılı vəziyyətdə tapıldı - FOTO

4-10-2018, 12:06

İtkin düşən nazirlik əməkdaşının meyiti meşədə ağacdan asılı vəziyyətdə tapıldı - FOTO

Şəkidə itkin düşən nazirlik əməkdaşının meyiti meşəlik ərazidən ağacdan asılı vəziyyətdə tapılıb.

Azia.az report-a istinadən xəbər verir ki, Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin əməkdaşı, 1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramis Azaqovun meyiti ötən gün Yevlax rayon ərazisində meşəlik sahədə ağacdan asılı vəziyyətdə aşkarlanıb.

Qeyd edək ki, Ramiz Azaqov sentyabrın 23-də səhər saatlarında Şəki şəhəri "dağ dibi" deyilən ərazidə yaşadığı evdən tələsik halda çıxıb və geri dönməmişdi.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi