azia.az
azia.az

Şirvan Polisinin uğurlu NARKOBARON əməliyyatı

6-05-2017, 17:58

Şirvan Polisinin uğurlu NARKOBARON əməliyyatı

Şiravan Polisi Narkobaronlara qarşı uğurlu əməliyyat keçirib.

Belə ki, uzun müddətdir Şirvanda "METADAON" baronu kimi tanınan Ağami Sadiqlə oğlunun üzərindən küllü miqdarda narkotik maddə götürülərək həbs olunublar. Ancaq bir neçə aylardır ki, haqqında mediada yetərincə məlumatlar işıqlandırılan "Narkobaron Pərviz Qurbanova" isə hələdə "gözün üstə qaşın var" deyən yoxdur. Şirvandan olan mənbə bildirir ki, Pərviz Qurbanovun qardaşı Salyan rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Bəhruz Qurbanov sanki "xüsusi mühafizə" bloku yaradaraq qardaşının narkotika ticarətinə mühafizəkarlıq edir. Mənbə bildirir ki, bir müddət öncə həyətinin girişində bir cüt "Şir" heykəli qoyduran indi isə külli miqdarda narkotiklə həbs olunan Ağami Sadiqin Qurbanov qardaşları ilə sıcaq münasibətləri var.

Belə ki, araşdırmalarımız nəticəsində məlum oldu ki, Ağami Sadiqlə oğlu, Pərviz və Bəhruz Qurbanovların anası "Qızıl Almaz"la birgə Şirvan şəhərində "Elit" ticarət mərkəzində qızılı alveri ilə də məşğuldular. Yəni kökü dərində olan bu sıcaqlığın əsil mənşəyi yəqin ki hamıya bəllidir. Nəzərinizə çatdırırıq ki, bir vaxtlar medianın gündəmini narkotika ticarətində adının hallanması ilə fəth edən "Qızıl Almaz"ın Lənkəran məcaraları hamıya bəllidir. Mənbə əlavə olaraq bildirir ki, dəfələrlə narkotika faktı ilə Şirvan şəhər Polis İdarəsinə aparılan Qızıl Almazın oğlu Pərviz Qurbanov necə deyərlər sudan quru çıxmağı bacarıb.

Etibarlı mənbə bildirir ki, Pərviz Qurbanovun "bariqa"ları o qədər etibarlıdır ki, ona nəyisə sübut etmək çox müşkül məsələdir. Şirvandan əlavə olaraq bildirir ki, Seyid Sadiqin digər qardaşı da narkotika ticarəti ilə məşğul olduğuna görə həbs olunub. Bir neçə vaxt bundan öncə daxili orqanlarında narkotika keçirmək istəyərkən tutulan lakin müəmmalı şəkildə azadlığa buraxılan Ağami SeyidHüseyin də bu narkobaron ailənin üzvlərindəndir. Televiziyada nümayiş olunandan bir neçə gün sonra azadlığa buraxılan Ağami Sadiqin qardaşının yenə də bu yaxınlarda narkotika cinayəti ilə həbs olunması bildirilir.

Məsələ ilə bağlı redaksiyamızı məlumatlandıran mənbə qeyd edir ki, Ağami Sadiqi "Metadon"la təhciz edən məhs Salyan rayon Polis Şöbəsinin Əməliyyat müvəkkili Bəhruz Qurbanovun narkobaron qardaşı Pərviz Qurbanovdur.

Vetenperverler.az olaraq Şirvana Hikmət Quliyev Polis rəisi təyin olunanda biz əmin olduq ki, bəli Şirvanda narkotikanın kökü kəsiləcəkdir. Bu gün bir narkobaron ailənin həbsi bir daha deyilən fikirlərin təsdiqidir. Biz əminik ki, Şirvan Polisi Pərviz Qurbanovun da ətrafında əməliyyat tədbirlərini gücləndirərək daha bir Narkobaronun məhvinə nail olacaqdır.
vetenperverler.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi