azia.az
azia.az

Bayram Səfərovdan qalmaqallı villa söhbətinə reaksiya: 'Başqa iş-gücünüz yoxdur?'

20-10-2016, 12:07

Bayram Səfərovdan qalmaqallı villa söhbətinə reaksiya: 'Başqa iş-gücünüz yoxdur?'
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov 4.5 milyon manat dəyərində olan villası ilə yenidən gündəmə gəlib

Lakin bu dəfə məsələ villanın ona məxsus olub-olmaması deyil...

Hələ 2014-cü ildə bu məsələ ilk dəfə gündəmə gəldiyi zaman B. Səfərov mətbuata bir qədər də sərt formada açıqlama verərək bildirmişdi ki, villa almasının heç kimə dəxli yoxdur: “Gedin işinizlə məşğul olun. Mənim şəxsi işimə qarışa bilməzsiz” deyə, B.Səfərov mediaya iradını bildirmişdi.

Bakıpost.az saytının məlumatına görə, 2014-cü ildə B. Səfərov sözügedən villanı ATV-nin keçmiş direktoru, Diaspor Komitəsinin rəhbəri Nazim İbrahimovun qardaşı Tağı İbrahimovdan alan zaman 1 milyon manat pulu əskik ödəyib. Sayt yazır ki, B. Səfərovun pulu kəsməsinə səbəb alqı-satqı prosesində sənədlərin çatışmazlığı olub.

Belə razılığa gəliblər ki, sənədlər qaydasına salınandan sonra qalan pul ödəniləcək. Lakin aradan iki il vaxt ötməsinə baxmayaraq, nə sənədlər qaydasına düşüb, nə də T. İbrahimov həmin 1 milyondan əl çəkir. Məlumata görə, məsələnin həlli üçün Diaspor Komitəsinin sədri Nazim İbrahimov da dəfələrlə Bayram Səfərovla görüşüb. O, B. Səfərovu inandırmağa çalışıb ki, pul ödəndikdən sonra sənədlər qaydasına düşəcək. Lakin tərəflər arasında razılıq əldə olunmayıb.

Məsələ ilə bağlı B.Səfərovun mövqeyini almaq üçün onunla əlaqə saxladıq. B. Səfərovun cavabı yenə qısa oldu: “Başqa iş-gücünüz yoxdur? Bu məsələ ilə bağlı mənim heç bir mövqeyim yoxdur. Sağ olun...”.

Tağı İbrahimovla isə telefon əlaqəmiz baş tutmadı.

Musavat.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi