azia.az
azia.az

NAZİR MÜAVİNİNİN ATASI: " Bu "Hesab.az"ın "Azərişıq", "Azərsu","Azəriqaz", Rabitə Nazirliyi ilə cinayətkar qəsdinin nəticəsi idi"

5-09-2021, 16:47


Bu səhər görürəm "monex card"dakı 520 manat pul oğurlanıb, hesabda 16 qəpik qalıb. Götürüb “Masterkard”ın üstündəki nömrəyə zəng vururam. Şəhər nömrəsi işləmir. 194-də zəng vururam. Oğurluq faktını qeyd etməkdən imtina edir bu firma. Deyir, məxfi sözü deyin. Unutmuşam, kartın bütün rəqəmlərini deyirəm. Yox, biz sistemə girə bilmirık. Oğurluğu ört-basır etmək istəyirlər.
NAZİR MÜAVİNİNİN ATASI: " Bu "Hesab.az"ın "Azərişıq", "Azərsu","Azəriqaz", Rabitə Nazirliyi ilə cinayətkar qəsdinin nəticəsi idi"
Azia.az xəbər verir ki, bu fikirləri filologiya elmləri doktoru Rəhim Əliyev qeyd edib.
"Mənim dollar hesabım yoxdur. Amma kartda göstərilir ki, 50-60 dəfə 1-4 dollar hesabı ilə pul siliblər. Bankın komissiyaları da göstərilir. Mən bu kartda kommunaldan başqa heç bir əməliyyat aparmamışam. Ona görə əminəm ki, oğrular “Masterkard” firmasında və Muğanbankda oturub, ya da əvvəllər oturub! 15 ilə yaxındır ki, Azərbaycanda ən kriminal yer banklardır. Müsəlmanlar, özünüzü bunlardan qoruyun! Üç il qabaq "Hesab.az" firması öz proqramının formasında dəyişikliklər etdi. Nəticədə əvvəlki illərdəki ödənişlərimizin arxivi silindi. Bu "Hesab.az"ın "Azərişıq", "Azərsu","Azəriqaz", Rabitə Nazirliyi ilə cinayətkar qəsdinin nəticəsi idi. ABŞ-da buna görə 50 il iş kəsərdilər! Bu barədə yazdım. Səs çıxmadı. Çünki Azərbaycanda mütəşəkkil cinayətkarlığa qarşı, xüsusi mülkiyyətin oğurlanmasına qarşı həqiqi mübarizə yoxdur!"

Məlumat üçün bildirək ki, Rəhim Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevin atasıdır. R.Əliyev AMEA-nın Ədəbiyyat İnstitutunun baş elmi işçisidir. Filologiya elmləri doktorudur. Eyni zamanda, Azərbaycan Yazıçılar İttifaqının üzvüdür.///axar.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi