azia.az
azia.az

2017-ci ildə Nazim İbrahimov necə " birdəfəlik" şirkətlərə pul buraxıb- FOTO

24-02-2020, 12:02

2017-ci ildə Nazim İbrahimov necə " birdəfəlik" şirkətlərə pul buraxıb- FOTO
Teref.az yazır ki, 2017-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsidə "birdəfəlik" şirk\tlərdən istifadə edirdi. Bunu araşdrmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkələrdə paylaşdığı araşdırmasında bildirir. Cavanşir Həsənli yazır:
Yeri gəlmişkən, üç il əvvəl Almaniyanın Köln və Münxen şəhərlərində də Xocalı soyqırımının ildönümü ilə əlaqədar etiraz mitinqləri keçirilmişdi.
O zaman Diasporla İş üzrə Dövlət Komitəsi aksiyanın Kölndə təşkilinə 46147,16 manat, Münxendə təşkilinə isə 45163,93 manat pul silmişdi.
Hər iki tədbirin təşkili üzrə satınalmalar tədbirdən cəmi bir neçə gün qabaq, 2017-ci il fevralın 7-də Azərbaycanda qeydiyyatdan keçirilmiş "SMART GLOBE İNN" MMC-yə həvalə edilmiş, bunun üçün yüz min manata yaxın vəsait bu şirkətin hesabına köçürülmüşdü.
Reyestr məlumatlarına görə şirkətin qanuni təmsilçisi RAHİB ƏHMƏDOV XANƏLİ OĞLU, hüqüqi ünvanı NƏSİMİ RAYONU, ABBASQULU AĞA BAKIXANOV, ev 42, m. 58-dir. Başqa heç bir "fəaliyyəti" olmayan şirkət maliyyə ilinin sonunda (2018-ci ilin mayında) ləğv edilib.
2017-ci ildə Nazim İbrahimov necə " birdəfəlik" şirkətlərə pul buraxıb- FOTO
Əlavə qeyd: AZƏRTAC-ın xüsusi müxbiri o zaman xəbər vermişdi ki, Kölndəki aksiyanı Alman-Azərbaycan Mədəniyyət Evi, Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyi və Alman Türkiyə Məzunları Birliyi, Münxendəki aksiyanı Avropa Azərbaycanlıları Konqresi, Bielefeld Azərbaycan Mədəniyyət Mərkəzi, Bakı Nurnberq Mədəniyyət və Təhsil Cəmiyyəti, Münxendə fəaliyyət göstərən türk diaspor təşkilatları birgə təşkil ediblər.
Teref.az olaraq qarşı tərəfin mövqeyini dinləyib dərc etməyə hazırıq!
Teref.az
2017-ci ildə Nazim İbrahimov necə " birdəfəlik" şirkətlərə pul buraxıb- FOTO
2017-ci ildə Nazim İbrahimov necə " birdəfəlik" şirkətlərə pul buraxıb- FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi