azia.az
azia.az

Azərbaycan koronavirusla bağlı tam qapanmaya gedə bilərmi? - ÜST-dən AÇIQLAMA

16-11-2020, 14:59

Azərbaycan koronavirusla bağlı tam qapanmaya gedə bilərmi? - ÜST-dən AÇIQLAMA

“Ümid edirik ki, Azərbaycanda koronavirusla bağlı hər kəs tövsiyələrə riayət edəcək və ölkə üzrə tam qapanmaya getməyə ehtiyac yaranmayacaq”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Azia.Az-a Azərbaycanda lokal deyil, ölkə üzrə qapanmanın tətbiqinə ehtiyacın olub-olmaması barədə sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda yoluxma hallarının daha sürətlə artdığı bəzi şəhər və kəndlərə gediş-gəlişin qismən məhdudlaşdırılması kimi yeni yanaşmalardan istifadə olunur. Bu, hökumətin məhəllələrdə və kəndlərdə vəziyyəti yaxından izlədiyini göstərir:

“Virusun yayılmasının qarşısının alınması insanların tövsiyələrə nə dərəcədə riayət etməsindən asılıdır. Sadə gigiyenik qaydalara əməl etməklə, fiziki məsafə saxlamaqla və kütləvi məkanlara getməkdən çəkinməklə özümüzü və yaxınlarımızı qoruya bilərik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi