azia.az
azia.az

Kəndxudanı gör, kəndi çap... Cinayət etsən, Qafuru tap

26-10-2020, 16:46

Kəndxudanı gör, kəndi çap... Cinayət etsən, Qafuru tap

2019-cu il aprel tarixində, o vaxtkı Daxili İşlər Naziri Ramil Usubovun əmri ilə Verdiyev Qafur İsa oğlu Ağcabədi RPŞ-nin Dövlət Yol Polisi Bölməsinə rəis təyin olunub. Bu təyinatın özəlliyi ondan ibarətdir ki, rəis Verdiyev Qafur vəzifəsini müvafiq qanunlar, mövcud qaydalarla yanaşı əsasən folklora uyğun icra etməyə başlayıb.O belə fikirləşir ki, müasir dövrdə Azərbaycanda qayda və qanunları pozmaq məmurlar üçün adi hala çevrilib.Folklora uyğun idarə üsulu isə yenilikdir. Çünki folklar qədim olsa da təsir gücü hələ yetərlidir.Ona görə də DYP rəisi vəzifə icrasında yenilik etməyə üstünlük verib.Tabeliyində çalışan müvafiq işçiləri toplayıb onlara orginal göstəriş verib, işçilərinə qəti olaraq tapşırıb ki, yol hərəkət qaydalırını pozan bütün sürücülərin və fərdi avtomobil sahiblərinin avtomaşınları dərhal qeyd-şərtsiz cərimə meydançalarına gətirilsin.Sonrakı iş ona aiddir.Bu göstərişin qəlizliyi ondan ibarətdir ki, buna əməl etməyən polislərin var-yoxlarını,arvad-uşaqlarını ən qatı söyüşlərlə möhürləyib.Onuin göstərişlərinə əmək etməyənləri folkların alt qatındakı qatı söyüşlərlə, yəni ana-bacılarını, arvadlarını, qızlarını, var yoxlarını səslənməsi mümkün olmayan ifadələrlə ucadan, qətiyyətlə, dəfələrlə, söyüşlərlə söyüb.Odur ki, rəisin bu cür söyüşlərinə heç cür qəbul etməyən polislər hərəkətdə olan avtomobilləri saxlatdıraraq heş bir izahat vermədən cərimə meydançasına gətizdirirlər.Buradan isə heç bir sənəd verilmədən, protokol tərtib edilmədən, bal yazılmadan, hətta elə bir ciddi tənbeh olunmadan pul alaraq buraxılır. Məbləğ isə adi sürücülər üçün 300 manat, dilli-dilavər, qohum-əqrəbalı, vəzifəli tanışları olan sürücülər üçün isə 200 manat təşkil edir. İnsafən deyək ki, bu məbləğ hələ 300 manatdan yuxarı , 200 manatdan aşağı olmayıb. Axı bu cür əməliyyat bir başa Vediyev Qafur İsa oğlunun özü tərəfindən icra olunur. Ağcabədi rayon DYP-də iş belə qurulub. Polislər ağır söyüşlərlə təlimatlandırılır. Bu təlimat polislər tərəfindən, 200-300 manat nəğd cərimə ödəmələr sürücülər tərəfindən hələ ki, pozulmayır. Axı iş üslubu yenidir.
Ehtimal var ki, belə qeyri-adi iş üsulu Azərbaycanın digər rayonlarına, o cümlədən qonşu rayonlara da yayılsın.Onda Verdiyev Qafuru vəzifə yüksəlişi, təltiflər gözləyir.
Azğın erməni faşistlərinin sivil əhaliyə qarşı törədikləri vəhşiliklər arasında Ağcabədi rayonunun dinc sakinləri də var.Odur ki, vacib, xüsusi əhəmiyyətli müəssisələrə aid avtomobil vasitələri mənzil başına vaxtında yetişməlidirlər. Bundan ötrü şose yollar həmin avtomobillər üçün açıq olmalıdır.Lakin bu Vediyev Qafurun vecinə deyil. Olmasaydı yollarda tıxac, özbaşınalıq, peşakəndlik hökm sürməzdi. Ölkədə hərbi vəziyyət elan olunsa da Ağcabədidə Qafurun kefi hər şeydən üstün görünür.Görəsən Qafur kimə və nəyə güvənir. Qanunları, milləti, dövləti, vəzifə məsuliyyətini unudan Qafur kimə, nəyə və hara xidmət edir.Bilən olsa DİN-ə xəbər versinlər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Rüşvətə o verdi rəvac
İsbata yolda tıxac.
Qafur peyda olan gündən
Ağcabədi çıxmır çəndən.

Rüşvətlə var ittifaqı
Salıb yurda hər nifaqı.
Saya salmır heç bir kəsi
Pullanmağa var həvəsi.

Üzə gülür pul günəşi
Davam edir pərvərişi.
Rüşvət udub həqiqəti
Tüğyan edir pul söhbəti .

Şəxsiyyətdə yüksək Qafur
Əməlləri yaman mənfur.
Cərimə həddi üç yüz manat
Alacaqdı etmə inad.

Kimdə varsa varlı dayı
İki yüzdür cərmə payı.
Bu qaydanı Qafur qoyub
Ağcabədi cana doyub

Cənnətdədir Qafur əmi.
Hələlik yox dərdi, qəmi.
Rüşvət adlı meydan onun
Həqiqətə salmaz yönün.

AYB və AJB-nin üzvi, Prezident təqaüdçüsü Bəydadaş Cəfərli.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi