azia.az
azia.az

Gəncədə DAVA: 2 qardaş xəsarət aldı

29-06-2016, 05:07

Gəncədə DAVA: 2 qardaş xəsarət aldı Gəncədə iki qardaş dava zamanı müxtəlif bədən xəsarətləri alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1982-ci il təvəllüdlü Zakir Verdiyev və onun qardaşı, 1984-cü il təvəllüdlü Mahir Verdiyev müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Onlara tibbi yardım göstərilib. Qardaşlar bildiriblər ki, onlar şəhərin Bağmanlar adlanan yaşayış massivində dava zamanı xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi