Həmsədrlər Ermənistan və Azərbaycana çağırış etdi
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb.
İstiPress-in məlumatına görə, bəyanatda bildirilir ki, Ermənistan və Azərbaycan müdafiə nazirliklərinin, eləcə də digər mənbələrdən məlumatına əsasən, fevralın 25-də təmas xəttində, itkilərə gətirib çıxaran ciddi atəşkəs pozuntusu müşahidə olunub.
Həmsədrlər münaqişə tərəflərini ağır silahlardan istifadə etməkdən çəkinməyə və onları əvvəlki mövqelərinə doğru geri qaytarmağa, eləcə də həlak olanların meyitlərini ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin vasitəçiliyi ilə bir gün əvvəl razılaşdırılmış şəkildə qaytarmağa çağırıblar.
Həmsədrlər həmçinin tərəflərə zorakılıqların istifadəsindən çəkinməklə bağlı öhdəlikləri xatırladıblar.