azia.az
azia.az

Vetenperverler.az: Fəridə Səxavətlini təbrik edirik-(foto & video)

9-04-2017, 17:49

Vetenperverler.az: Fəridə Səxavətlini təbrik edirik-(foto & video)

Bu gün hamınıza məlum olduğu kimi, Şairə Publisist, "Qızıl Qələm" və "Qızıl Əllər" mükafatçısı Fəridə Səxavətlinin Şer təqdimatı keçirildi. Tədbir "Dostluq Məşəli"Məhdud Məsuliyyətli Cəmiyyətin təşkilatçılığı ilə baş tutdu. Tədbirdə Fəridə Səxavətli poeziyasından olan şerlər səsləndirildi.

Bir çox alimlərin, şairlərin və jurnalistlərin iştirakı ilə təşkil olunmuş tədbirdə tanınmış müğənnilər öz gözəl mahnıları ilə məclisi daha da rəngərəng etdi. Hədsiz dərəcədə maraqlı keçən tədbirə bir çox sair və şairələrimiz də öz şer töhfələri ilə gecənin gözəlliyinə xüsusi bir gözəllik qatdılar.

Tədbirə VETENPERVERLER.AZ kollektivi də dəvət olunmuşdur. Fəridə xanımı təbrik üçün redaksiyamızın məsul əmədaşları xüsusi olaraq dəvət olundular. Əməkdaşlarımız tədbirdə çıxış edərkən ilk öncə təşkilatçılıqlarına görə Cəmiyyətin rəhbərliyinə minnətdarlıq etmiş daha sonra isə xanım yazarımıza hədiyyəmizi təqdim etmişlər.

Sonda tədbir ,iştirakçıların birlikdə rəks etməsi və şənlənməkləri ilə yekunlaşdı.

P.S. Vetenperverler.az olaraq bir daha Xanım yazarımıza uzun ömür işlərində uğurlar və müvəffəqiyyətlər diləyirik.

Sizləri tədbirdən olan foto və video materiallarla tanış edirik:
Vetenperverler.az: Fəridə Səxavətlini təbrik edirik-(foto & video)











OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi