Azərbaycan Kikboks Federasiyasinin prezidenti, millət vəkili Adil Əliyev bu gün “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının növbəti qalibləri və mükafatçıları olan idmançılarımızın şərəfinə Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən təşkil olunan “Zəfər günləri” adlı tədbirdə iştirak edib.
azia.az xəbər verir ki, Lider televiziya kanalı ilə canlı yayımlanan tədbirdə çıxış edərək idmançılarımızın hazırlıq səviyyəsini dəyərləndirən millət vəkili onlara öz tövsüyələrini verib.
Bu günə kimi qazanılan medallar münasibəti ilə idmançılarımızı, Azərbaycan xalqını, idman ictimaiyyətini təbrik edib.