azia.az
azia.az

Yer Elmləri Bölməsinin Büro iclası keçirilib

13-02-2019, 17:40

Yer Elmləri Bölməsinin Büro iclası keçirilib

Azia.az xəbər verir ki, Fevralın 13-də Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsinin Büro iclası keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov, büro üzvləri, müvafiq elmi müəssisələrə qəbul olunmuş dissertantlar və onların elmi rəhbərləri iştirak ediblər.

İclası giriş sözü ilə açan akademik Fəxrəddin Qədirov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Tədbirdə bölməyə daxil olan elmi müəssisələrdə 2018-2019-cu tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbulun nəticələri müzakirə olunub.

Akademik Fəxrəddin Qədirov bildirib ki, cari tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya 11, elmlər doktoru hazırlığı üzrə dissertanturaya isə 10 nəfər qəbul olunub. Alim vurğulayıb ki, dissertasiya mövzuları müasir elmin qarşısında duran əsas tələb və vəzifələrə uyğun seçilməlidir. Akademik dissertantlara gələcəkdə də müvafiq elmi sahələrin perspektiv inkişafı üçün prioritet mövzulara üstünlük verilməsini tövsiyə edib.

Müzakirələrdən sonra dissertasiya mövzuları və elmi rəhbərlər təsdiq edilib, qəbulun nəticələrinin AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Sonra bir sıra cari məsələlərə baxılıb.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi