Azərbaycanda Uşaq İnkişafı Hesabları Uşaq Yoxsulluğuna qarşı mübarizədə
Azərbaycanda Uşaq İnkişafı Hesabları Uşaq Yoxsulluğuna qarşı mübarizədə
Problemin bəyanatı: UNICEF təşkilatına məlumatına əsasən (2015) hazırda dünyanın 2,4 milyard uşaq əhalisindən bir milyard uşaq yoxsulluqdan əziyyət çəkir. Bir mühit kimi uşaqların yoxsulluq təcrübəsi böyüklərinkindən fərqlidir, çünki bu onların əqli, fiziki, emosional və mənəvi inkişafına zərbə vurur. Onlar yoxsulluğu əlləri, zehinləri və ürəkləri ilə təcrübədə yaşayırlar. Yoxsulluq dünyanın hər bir yerində ailə həyatının və onun uşaqlar üçün nəticəsinin demək olar ki, bütün askpektlərində öz mənfi təsirini göstərir. Gəlirləri aşağı olan ailələrdə böyüyən uşaqlar akademik və sosial problemlər, eləcə də zəif səhhət və rifah üçün riskə məruz qalırlar ki, bu da öz növbəsində onların təhsil üzrə nailiyyətlərinə zərbə vurur. Maddi kasıblıq, məsələn kifayət qədər və ya qidalandırıcı ərzaqla qidalanmama və yaxud təhlükəli işə cəlb olunma – emosional qabiliyyətə, eyni zamanda bədən çəkisinin artımına mane olur. Uşaqların daha az stimullaşdırıcı və ya emosional dəstək olan mühitdə böyüməsi onların maddi cəhətdən zəngin olan ailələrdə böyüyən uşaqların əldə etdiyi bir çox müsbət təsirlərini yox edir.
Son zamanlar sürətlə gedən iqtisadi inkişafa baxmayaraq, Azərbaycanda 3 milyondan çox uşaq arasında yoxsulluq geniş yayılmışdır. Onlar aşağıdakı səbəblərə görə həddi-buluq yaşına çatanda da yoxsulluq içində olurlar: uşaqların 60 mini əlilliyə görə; 4 mini küçə həyatı keçirdiyi və işlədiyi üçün; 10 mini böyük uşaq müəssisələrində sərt şərtlər altında yaşadıqları və qayğıdan ayrıldıqdan (18 yaşından) sonra; 500 mini tam yoxsulluğa görə; erkən nikaha görə, əsasən qızlar arasında (12%); olduqca çox təhlükəli iş növlərinə cəlb olunduqlarına görə. Azərbaycanda məbləği az olan birdəfəlik, qısamüddətli və ya daimi sosial müavinətlər və imtiyazlar uşaqların 18 yaşından sonra yoxsulluğunu aradan qaldırılmaq üçün dayanıqlı və ya səmərəli deyildir. Zəngin neft ölkəsi kimi Azərbaycan uşaqların təhlükəsiz və işıqlı gələcəyini təmin etmək üçün dayanıqlı və dəstəkləyici siyasəti təqdim edə bilər. Maddi varlıqların (aktivlərin) yaradılması siyasəti kimi Uşaq İnkişafı Hesabları bu mənada ən yaxşı müdaxilədir.
Alternativ Siyasətlər: Uşaq İnkişafı Hesabları (UİH) uşaq əmanət və qayğı hesablarıdır. UİH-lər ən səmərəli əmanət yığma strategiyalarından biridir və uşaqların maddi kapitalının yığılması üçün sistemli və motivizasiya olunmuş bir yoludur. Əmanət daha yaxşı gələcək qurmaq, ümumilikdə uzunmüddət ərzində gəlir və kapital arasında bərabərsizliyi azaltmaq üçün yaxşı bir addımdır. Uşaqların uzunmüddətli inkişafı üçün qoyulan əmanətlər onların həyat şəraitlərinin yaxşılaşdırılmasına kömək edir. Əmanət qoyma və maddi kapitalın yaradılması prosesi pulun idarəedilməsini öyrətməyə, gələcək istiqaməti müəyyən etməyə kömək edə və uzunmüddətli planlaşdırmanı təşviq etməyə kömək edə bilər. Çoxlu sayda sübutlar onu deməyə əsas verir ki, artan arzular və gözləntilər vasitəsi ilə qismən idarə olunmaqla ailə məişəti ilə bağlı qənaətlər təhsil nailiyyətləri ilə bağlıdır. Hər bir uşaq üçün uşaq əmanət hesabı iqtisadi mobillik üçün təməl yaratmaq və uşaqların öz həyatlarının erkən dövrlərində maddi kapital yığmaları deməkdir. Uşaqlara öz adlarına açılmış xüsusi hesablar olan UİH-ları qoruyucu və iqtisadi müdaxilələrdir ki, onlar mövcud erkən uşaq intervensiyaları vasitəsilə investisiyanı (kapital qoyuluşunu) tamamlaya bilər və uşaqların tam potensiallarına çatması üçün kömək etmək missiyasını inkişaf etdirə bilər. Yoxsulluq uşaqların təhsil və iqtisadi inkişafı üçün imkanlarının qarşısını alır. UİH, həmçinin valideynlərin psixoloji rifahını da yaxşılaşdıra bilər, çünki uşaqların sosial-emosional inkişafı vasitəsilə analıq depressiv əlamətlərinə qismən təsir etmək olar.
Bir sözlə, əmanətlər gənclərə yetkinlik yaşına uğurlu keçid etməyə kömək edə bilər. UİH-ları üzrə siyasətlər artıq Böyük Britaniya, Kanada, Cənubi Koreya, Tayvan, Çin, Uqanda, Qana, Sinqapur və İsraildə qəbul edilmişdir.
Siyasət üzrə Alternativlər: Azərbaycanda hər bir uşağa parlaq və ümidverici gələcəyi təmin etmək üçün UİH-lar hər bir uşaq üçün qlobal bir siyasət kimi qəbul edilməsi tövsiyə olunur. Ölkədə UİH-ların aşağıdakı növləri tövsiyə olunur:
1. qarışıq UİH-ları: qayğı və əmanət məqsədləri. Bir hissəsi (20%) uşaq böyüdükcə xərclənir, lakin böyük hissəsi qənaət edilir;
2. uşaq məktəbdən məzun olduqdan sonra ali təhsilə investisiya qoyulur;
3. uşaq 18 yaşına çatdıqda kiçik biznes üçün investisiya qoyulur;
4. uşaq 18 yaşına çatdıqda ona ev almaq üçün investisiya qoyulur.
Mənbələr:
https://www.unicef.org/sowc05/english/povertyissue.html
https://csd.wustl.edu/Publications/Documents/WP09-54.pdf
https://csd.wustl.edu/OurWork/FinIncl/GlobalAssetBuild/YouthSave/Pages/YouthSave.aspx
https://csd.wustl.edu/OurWork/FinIncl/GlobalAssetBuild/Pages/gapprojects.aspx
https://jamanetwork.com/journals/jamapediatrics/fullarticle/1815478
http://www.sciencedirect.com/science/article/pii/S0190740909001947