azia.az
azia.az

Şabranın Günəşli kəndində təhsilin günəşi söndürülüb

Dünən, 22:15


 Regionlarda təhsilin bərbad vəziyyətə salınması Azərbaycan gəncliyinin sağlam və savadlı yetişməsinə vurulan ən böyük zərbədir. Valideynlər uşağın cismini, müəllimlər isə onların ruhunu tərbiyə edir, təhsil cəmiyyətin güzgüsüdür demiş aqillər. Amma və lakin bunlardan Şabranda əsər-əlamət yoxdur. İndi gəlin görək Şabran rayon məktəbləri barədə redaksiyaya ünvanlanan məlumatlarda nələr yazılıb. 

Bildirilir ki, Günəşli kənd ümumi orta məktəbində davamiyyət aşağı, İstilik zəif, pedaqoji durum isə günün tələblərinə uyğun gəlmir. Direktor Xamadlı Türkanə Fərman qızı  isə ancaq öz şəxsi maraqlarını güdür. Sosial şəbəkələrdə bəzi dərs saatlarını paylaşıb görüntü yaratmaqla işini bitmiş hesab edir.

Sağlam cəmiyyətin qurulması üçün fundamental nəzəriyyə uşaqların düzgün tərbiyə edilməsindən başlayır. Bu məktəbdə isə tamam başqa mənzərədir. Verilən məlumatlarda belə deyilir.

Məktəbdə təlim-tərbiyə məsələlərinin nəzəri kökü yoxdur. Həmçinin sözügedən məktəbdə valideyn, müəllim, şagird tərbiyə dedikdə nə başa düşməlidir onu müəyyən edən yoxdur. Çünki məktəbə rəhbərlik edən hörmətli direktor Xamadlı  Türkanə xanımın təhsil sahəsindən zərrə qədər təcrübəsi olmayıb. Təhsilin məzmun və keyfiyyəti barədə məlumatsızdır. İndi isə keçək məktəbin yarım ştatında işləyən texniki işçinin iş fəaliyyətinə.

  

Şirkətdə TIR sürücüsü, məktəbdə isə adı texniki işçi kimi ADI gedən görün kimdir?

 

Adı məktəbdə işçi kimi qeyd olunan sürücü İlkin Zəkərəliyev başqa bir şirkətdə TIR sürür. Verilən məlumata görə, İlkin Zəkərəliyevin xanımı da həmin məktəbdə işləyir.(Bu barədə sonra...)

Bildirilir ki, adam işə gəlmir, çünki TIR sürücüsüdür. Ayın 15 və ya 20 gününü səfərlərdə keçirir. Əyər yoxlama aparılsa onun neçə gün xaricdə və ya ölkədə olmasını müəyyən edib, çirkin məınzərənin nə yerdə olduğu daha aydın görmək mümkün olar. 

 Düzdür, İlkin Zəkərəliyev yarım akladnan işləyir. İşləməsinə işləyir amma məktəbdə yox, şirkətdə TIR sürücüsü kimi. Yarım akladdan gələn pulun kartı isə kimdədir onu yoxlamanın nəticəsi deyə bilər. Əyər doğrudan da yoxlama aparılsa pulların bankamatdan kimlər tərəfindən götürüldüyü də müəyyən olar. Bu da sözügedən məktəbdə baş verən qanun pozuntusunun doğruluğunu ortaya qoyar. Qeyd olunur ki, məktəbin ciddi formada təmirə ehtiyacı var. Tavan çökmə təhlükəsi ilə üz-üzə qalıb. Məktəbdə davamiyyət direktorun icazəsi üzərində qurulub.   Yoxlama səsi eşidən kimi uşaqlara vocapla məlumat ötürülür. Hamı bir nəfər kimi dərsə. Bu hallar əsasən yuxarı siniflərdə baş verir. Hətta məlamat verilir ki, yuxarı sinifdə oxuyanlardan bəziləri başqa yerdə ali məktəbə hazırlaşır. Tədris prosesi isə təsil haqqında olan təlimata uyğun aparılmır. 

P.S.Adı olub , özü məktəbdə olmayan işçilər barədə isə araşdırmadan sonra biləcəksiniz. Qeyd edək ki, Şabran İcra Hakimiyyətinin saytında təhsillə bağlı bölümündə sözügedən məktəbin telefon nömrəsinə zəng etsək də cavab verən olmadı. qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


(ardı var)

Azia.az bloqu

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi